Страницы

10.12.2017

Əhməd Kazimi:
-Sionist rejim Azərbaycanda yəhudi məskənləri çoxalmasına və Azərbaycanın yəhudiləşdirilməsinə çalışır. 12-ci strategiya Azərbaycan ərazisində yəhudi məskənlərinin mövcudluğunu qəbul etdirmək, Azərbaycanı yəhudiləşdirməkdən ibarətdir. Bu strategiya iki yolla reallaşdırılır. Bu yollardan biri Azərbaycan Respublikasında yəhudilərin sayını çox göstərmək, digəri böyük mülklər almaqdır. Begin-Sadat sionist araşdırma mərkəzinin mütəxəssisi Morinson 2016-cı ildə belə bir iddia ilə çıxış etdi ki, SSRİ zamanında Azərbaycandan işğal olunmuş Fələstin ərazilərinə 800 min yəhudi mühacirət edib. Azərbaycan Respublikası başçıları yəhudilərə dost münasibət sərgilədiyindən guya həmin yəhudilər hazırda Azərbaycana qayıdır. Əslində bu iddia 800 min yəhudinin Azərbaycan ərazisində yerləşdirilməsi layihəsi idi. Sionist rejimin narazı yəhudilərə qarşı siyasətlərindən biri onları Azərbaycanda yerləşdirməkdir. İşğal olunmuş Fələstin torpaqlarında normal həyat yaşamayan mühacir yəhudilərin Argentinaya köçü uğursuzluqla nəticələndi və hazırda narazı yəhudilərin Azərbaycana köçürülməsi nəzərdə tutulur. İsrail tikinti şirkətlərinin Bakıda tikdiyi 1 milyona yaxın mənzil boşdur. Bu mənzillərdə kimsə yerləşdirilməyib, bu mənzillər kiməsə satılmayıb. Belə bir ehtimal var ki, həmin mənzillər sionistlərin sərmayəsi ilə yəhudilər üçün tikilib. 800 min yəhudinin Azərbaycana dönüşü ilə bağlı fikirlər boş mənzillərlə bağlı şübhələr yaradır. Bu çox ciddi məsələdir və 800 min yəhudinin Azərbaycana mühacirəti ilə bu ölkənin yəhudiləşdirilməsi üçün zəminə var. Bu yolla Azərbaycan ərazisi sionizmin dayağına çevrilə bilər.

Комментариев нет:

Отправить комментарий