Страницы

09.12.2017

Əhməd Kazimi:
-Sionist rejim Azərbaycanda müxtəlif iqtisadiyyat sahələrinə nüfuz etməyi qarşısına məqsəd qoyub. Sionist rejim iqtisadi fəaliyyətlər pərdəsi altında müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı sahəsində öz məqsədlərini həyata keçirir. Sionist rejimlə Azərbaycan Respublikası arasında ticari mübadilələr ilbəil artmaqdadır. İranla Azərbaycan arasında ticarət mübadiləsi bir il üçün 500 milyon dollara çatmır. İsraillə ticari mübadilələr isə bir ildə 4 milyard dolları da keçir. Azərbaycanda iqtisadiyyatın heç bir sahəsi İsrailin gözündən yayınmayıb. Nəqliyyatdan tutmuş rabitə sistemlərinədək bütün sahələr nəzarət altındadır. Azərbaycan Respublikasında mobil şəbəkələrdə xüsusi payı olan Bakcell sionist şirkəti buna misal göstərilə bilər. Yolsalma və tikinti işləri nəinki israilli icraçıların ixtiyarındadır, eyni zamanda Azərbaycanın İranla sərhəd cənub bölgəsi və başqa məntəqələrində mərkəzləşib. Sionist rejim bu gün Azərbaycanın kənd təsərrüfatı, sığorta, gəmiçilik kimi sahələrində nüfuza malikdir.

Комментариев нет:

Отправить комментарий