Страницы

09.12.2017

Əhməd Kazimi:
-Sionist rejimin Azərbaycanda ilk strategiyası şiələrə təzyiq, şiəfobiya strategiyasıdır. Azərbaycan Qafqaz və Mərkəzi Asiya məntəqəsində əhalisinin əksəriyyəti şiə olan yeganə ölkədir. Son on ildə, xüsusilə 2016-cı ildən bu günə qədər Azərbaycan mediasında gedən xəbərləri araşdırsaq rəsmi Bakının hicab, Aşura məktəbi, İmam Hüseyn (ə) əzadarlığı və digər İslam-şiə mərasimlərinə qarşı olduğunu aydın görərik. Həqiqətən də ötən illərdə rəsmi Bakı anti-şiə mövqe tutub, bu ölkədə şiə məktəbini səhnədən çıxarmaq üçün təlaş göstərir. Şiə fəallara qarşı təzyiqlər diqqəti cəlb edəcək şəkildə güclənib. Onların bir çoxu həbs edilib. Hazırda 100-dən artıq şiə fəal, ruhani Azərbaycan Respublikasının həbsxanalarındadır. Rəsmi Bakının şiə cameəsinə təzyiqləri həbslərlə məhdudlaşmır, bunun başqa nümunələri də var. Məsələn, Azərbaycanda şiə mədəniyyəti, ədəbiyyatı və incəsənəti ocaqlarından olan İmam Rzanın (ə) bacısı Rəhimə xanımın hərəminin yerləşdiyi Nardaran qəsəbəsi 2015-ci ildə sayı 10 min nəfəri ötən Azərbaycan Təhlükəsizlik Qüvvələrinin hücumuna məruz qaldı. Hazırda bu qəsəbə hərbi qalaya çevrilməkdədir. Bütün dini mərkəzlər, elm hövzələri kimi müəssisələr təmir, yenidənqurma, yeni yolların çəkilişi kimi bəhanələrlə qapanır. Məscidlərin dini proqramları yenidən nəzərdən keçirilir, məscidlərdə əsaslı dəyişikliklər aparılır, bəzi məscidlər qapanır, bəziləri müxtəlif bəhanələrlə uçurulur. Bu sahədə proqramlar sionist rejimin ideoloji mərkəzlərində hazırlanır. İslamçıların sistematik şəkildə həbsi sionist mərkəzlərdə planlaşdırılır. Hətta Azərbaycan mediasına belə bir məlumat sızmışdı ki, Nicat Əliyev kimi mətbuatda çalışan islamçılar həbs ediləndən sonra İsrailin Bakıdakı səfirliyində Mossad məmurları tərəfindən dindirilib.

Комментариев нет:

Отправить комментарий