Страницы

13.12.2017

Mərdan Dadaşlı - QALIB Kİ

Gül çiçəkdən yazan şair
Vətənin gülü qalıb ki?
Çox ocaqlar viran olub
Sovrulub külü qalıb ki?

“Gəl-gəl” deyənlər çoxdursa
İstəmirəm sonu busa
İntiqam ruhu yoxdursa
Qarşıda günü qalıb ki?

Dərd çoxalır gəlmir saya, 
İndi kimdir çatan haya.
Çoxu dönüb müqəvvaya,
Heç səsi, ünü qalıb ki?

Ömür boyu mən qəm yedim
Heç bilmirəm qalım, gedim?
Nəyi yazıb aşkar edim?
Nəsə örtülü qalıb ki?

Mərdan Dadaşlı

Комментариев нет:

Отправить комментарий