Страницы

18.12.2017

NATO-nun Avropadakı komandanı general Ben Xoces Rusiya ordusunun Avropada ABŞ ordusundan üstünlüyünü dilə gətirmişdir. Xoces etiraf etmişdir ki, Rusiya “uzaq məsafələrə və həddən artıq cəld qoşun yeritməyi” NATO-dan yaxşı bacarır. Xocesin fikrincə, Rus ordusu komandanlıq və idarəetmə sistemində yeniliklər həyata keçirmişdir, raket və artilleriyadan daha uğurla istifadə edir, o cümlədən effektiv radioelektron müharibə aparır. İngiltərə hərbi dəniz qüvvələrinin vitse-admiralı Klayv Conston da bildirmişdir ki, hal-hazırda Şərqi Avropada Rusiya dominantdır. ABŞ-ın RAND təhqiqat mərkəzinin fikrincə, Rus qoşunları 36 saat ərzində Pribaltika ölkələrində NATO müdafiəsini yarmaq imkanına malikdirlər. Krimin bircə güllə də atılmadan qısa zaman kəsiyində götürülməsi NATO komandanlığında şok yaratmışdır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий