Страницы

31.01.2018

100 gün - ilk addım və böyük uğur!

Zeynəb Cəfərli

100 gün - ilk addım və böyük uğur! Baş rejissor təyin olunduğunun 100-cü günü ilk tamaşa və ömrün 52-ci qışı. Eyni günə düşən, ömrün tarixinə yazılan 3 hadisə....
Bunlar Respublikanın əməkdar artisti Sərvər Əliyevin ilk tamaşasının düşüncələridi. Qırğız yazıçısı Mar Bayciyevin Hidayətin tərcüməsində "Ömür qatarı" adlı pyesinin ilk tamaşasının uğurundan danışmaq istədim sizlərə. Bir də gənc aktrisa Şəbnəm Cəbrayılovanın oynadığı baş qəhrəmandan... S. Vurğun adına Azərbaycan-Rus dram teatrının səhnəsində qoyuldu tamaşa. Çox ustalıqla, əsl sənətkar ruhunun incəlikləri ilə hazırlanmışdı əsər. Sərvər müəllimin fikir aydınlığı, peşəkarlığı əsəri bir az da şirinləşdirmişdi. Şəbnəm Cəbrayılova isə öz oyunu ilə bütün zalı ağlatdı... Və deyərdim ki, istedalı rejissor gənc bir istedadın tanınmasını təlqin etdi. Hər kəs nəfəsini içinə çəkib, nə olacağını həsrətlə gözləyirdi, milçək uçsa səsi eşidiləcək zalda. Səhnədə isə Əməkdar aktrisa Səmayə xanım, aktyor Elçin Hacı, Əməkdar artist Vaqif Kərimov ömrün qatara bənzədiyini və bu qatarın necə və hara getdiyini anladırdı tamaşaçılara. Son nəticə isə bu oldu ki, qatar gedəndə bir daha eyni halda geri qayıda bilməz. Ömür kimi...
İrəvan Azərbaycan dram teatrının 136-cı mövsümündə uğur qazanmış bir tamaşası. Olan çətinliklərə baxmayaraq səlis, peşəkarlıqla hazırlanmış tamaşa bəlkə də teatrın böyük uğurudu deyərdim. Və davamlı olmasını arzulayardım...
Sərvər Əliyevin isə Əməkdar artist kimi ilk tamaşası idi.
Ömrünün 52-ci baharına qədəm qoyduğu bir gündə yanvar ayının 22-də göstərildi tamaşa...
Bu uğur, mükəmməl heyət, peşəkar oyun hamısı baş rejissorun, ustalığını bir daha sübut etdi. Yəqin ki, teatrın direktoru İftixar Piriyev də bu uğura ürəkdən sevinib, daha gözəl tamaşalar üçün teatr truppasına hər cür şəraitin yaradılmasına nail olacaq. Uğur, müvəffəqiyyət sizinlə olsun, səhnəmizdən insanlara gerçəkləri, insanlığı anladan sənətkarlarımız...
100 gün - ilk addım və böyük uğur!

Комментариев нет:

Отправить комментарий