Страницы

12.01.2018

Erməni nənəsi sindromu

Russektorda daha mədəni və liberal atmosfer dolayından insanlar öz dili ilə bəzən elə həqiqətləri ortaya atır ki, azsektorda ömrü boyu dillərinə gətirməzdilər. Belə ki rusdilli azəri forumlarından birində uzun müddət istifadəçiləri öz türklüyü, milli vətənpərvərliyi ilə təngə gətirmiş düz 2 nəfər istifadəçi bir müddət sonra etiraf etmişdilər ki... nənələri erməni olub! Bütün mədəni dünyada “Roma papasından daha çox katolik” fenomeni məlumdur. Hansısa məfkurə ardıcılının kobudluğu, dözümsüzlüyü, inadkar mütəmadiliyi onu nəinki bu dəyərlər sisteminin yenisi kimi ifşa edir, hətta müvafiq dəyərlər sistemi çərcivəsində hansısa anadangəlmə natamamlığın daşıyıcılığına işarədir və müvafiq aqressiya bu natamamlığı kompensasiya etmək üçün şüuraltı mexanizmdir. Məsələn, məlumdur ki, xristianlığa təzə kecmiş müsəlmanlar etnik xristianlardan qat-qat daha dözümsüz olur. Sözügedən fenomen daha çox milli münasibətlər üçün keçərlidir. Tarixən azərbaycanlı tipi dözümlü, aramlı, səbrli, zarafatcıl, yüngül, şükredən, əksər asiyalılardan fərqli tənqidcil və s. kimi tanınıb. Və bu da təbiidir. Azərbaycanlılar cçoxsaylı, Qafqaz miqyasında BÖYÜK XALQdır, kiçik xalqları MƏDƏNI assimilyasiya etmə təcrübəsinə cografiyada yeganə malik onlardır. Azərbaycanlılardan fərqli, ermənilər kiçik, azsaylı, tarixən və indinin özündə məhv olma təhlukəsi ilə üz-üzə duran xırda icmadır və bu da müvafiq milli xarakter formalaşdirib: şovinist, aqressiv, qapalı, dini sektantizm həddinə çatan millilik, hər şeydə milliliyi biruzə vermək, milliliklə hər şeyi əhatə etmək manyaklığı və s. Hərbi mobilizasiya vaxtı və diaspora fəaliyyətində ermənilərin bu xüsusiyyətləri şəksiz konkurent üstünlüyə çevrilir. Amma məişətdə bundan iyrənc heç nə yoxdur. Ermənilərin aşırı milliliyi müasir dünyada onlar üçün böyük baryerə çevrilir. Rusiyadakı azəri tələbə yoldaşlarımın demək olar hamısı asanlıqla yerli cəmiyyətə inteqrasiya oldular, hərəsi öz sahəsində ilk uğurlu addımlarıni atır. Ermənilərin isə, baxmayaraq ki avara azərilərin fonunda daha perspektivli idilər, -nə də olmasa xristiandırlar, ilk vaxt mədəni baryerləri asan aşırdılar, daha imkanlı və varlı valideyinləri var idi və s.- demək olar hamısı öz erməniliyində ilişib qalıb. Aradabir virtualdakı səhifələrinə baş çəkirəm- indiyə kimi qədim böyük Ermənistan haqda materiallar, Henrik Mxitaryan, nə bilim, bir də görürsən Arabo haqda şeylər paylaşırlar. Təkrar edirik, TƏBİƏTƏN azərbaycanlılar böyük xalqdır və xırda millətin qədim tarix, soyqırım, qurban, tayfa-qəbilə millətçiliyi kompleksi onlara yad olmalıdır. Əgər bir kəs “azərbaycanlıların ən azərbaycanlısı” formulasını (“turk”) kəşf edibsə, bu türklüyü ilə gecə-gündüz sinəsinə döyürsə, 25 ildir “daxili düşmən”, manqurt, vətən xaini axtarmaqdan bezməyibsə, böyük ehtimalla deyə bilərik ki, qarşımızdakı azərbaycanlı deyil. Misal üçün, fikir verin: Elçibəyə, Fazil Mustafaya, Əjdər Tağızadəyə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, Erkin Qədirliyə... Bu adamlar azərbaycanca danışa, Azərbaycan deyibən saçlarını yola bilərlər. Amma KƏNARDAN həm azərbaycanlıları, həm erməniləri MÜŞAHİDƏ etmiş istənilən təcrübəli şəxs əminliklə sizə deyəcək ki, bu adamlar ERMƏNİDIR. Mental, mədəni və milli. Bütün nitlqəri Azərbaycana ithaf oluna, türklüyü mədh edə bilər. Amma maneralar, hərəkətlər, metodologiya, temperament, xarakterik dözümsüzlük, totallıq, azğınlıq, vəhşilik, görməmişlik- hamısı ERMƏNİdir. Əminik ki, hələ də açılmayan müvafiq KQB arxivlərində bir xeyli sürpriz gizlənib. Hərçənd, arxivlərsiz də ağlı başında azərbaycanlı vətənpərvərini heç olmasa fikriləşməyə vadar etməlidir: niyə bu ölkədə millətçilik ideologiyasını sirf ermənilərə maksimal coğrafi və etnik qohumluğu olan qəbilələr ələ keçirib? (Bəzi etnoqraflara görə, hətta sadəcə olaraq bir vaxt müsəlmanlaşmış ermənilər).

Rusiya Dagılajax facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий