Страницы

16.01.2018

İngilis dili kursuna gedənlər fərqli dil öyrənirlər və əsl ingilislər onların danışığını başa düşmürlər

Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olmayanlar fərqli danışırlar və əsl ingilislər onların nə dediyini anlamırlar. Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Chong bildirir ki, dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür. Sürix Sığorta Qrupu şirkətinin İP Əməliyyatları üzrə təlim və təklif rəhbəri Michael Blattner də deyilənləri təsdiqləyir. Onun ana dili isveçcə-almancadır, amma işində daha çox ingilis dilindən istifadə edir. Maraqlı burasındadır ki, onu əsl ingilislər başa düşməsə də, "ana dili ingilis dili olmayanlar daha rahat başa düşürlər". Əsas çaşdırıcı məqamlardan biri də abreviaturalardır. "Beynəlxalq ölçüdə yenicə işləməyə başlamışdım və bir nəfər mənə ETA (ingiliscə: Estimated Time of Arrival - təxmini çatdırılma vaxtı) 5-ə qalmışdır dedi. Öz-özümə fikirləşdim: ETA nədir axı?"- Blattner deyir. "Ən qəlizi isə bəzi qısaltmaların Britaniya ingiliscəsində başqa, Amerika ingiliscəsində başqa olmasıdır". Blattner söyləyir ki, hətta "mədəni" üsul da var: "Bir britaniyalı verilən təklifə "Maraqlıdır" deyərək reaksiya verirsə, başqa britaniyalı onu "Boş şeydir" kimi başa düşə bilər. Digər millətlər üçün isə bu, adətən hərfi məna verir". Blattner deyir ki, qəribə sözlər, sürətli nitq və mızıldamaq heç bir işə yaramır, xüsusilə də aşağı keyfiyyətli internet üzərindən telefon və ya video danışığı zamanı: "Diqqətin yayınmağa başlayır və başqa işə köklənirsən, çünki anlamaq qeyri-mümkündür". Blattner dediklərindən məlum olur ki, ingilis dilində keçirilən beynəlxalq tədbirlərdə iştirak edənlərin əksəriyyəti orda nə danışıldığını anlamırlar və yalnız bəzək üçün belə tədbirlərdə iştirak edirlər: "Görüşlərdə tipik olaraq söhbətin 90%-ini ana dili ingilis dili olanlar aparırlar. Digərləri görüşdə eyni məqsədlə iştirak etsələr də belə".

Əgər ingilisdilli beynəlxalq tədbirlərdə nə danışıldığını anlamırlarsa, ingilisdilli liberallarımız həmin tədbirlərə nəyə qatılırlar? Şikil atdırmaq üçün?!

Комментариев нет:

Отправить комментарий