Страницы

16.01.2018

İngilis dili kursuna gedənlər fərqli dil öyrənirlər və əsl ingilislər onların danışığını başa düşmürlər

Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olmayanlar fərqli danışırlar və əsl ingilislər onların nə dediyini anlamırlar. Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Chong bildirir ki, dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür. Telekommunikasiya nəhənglərindən biri olan NTT Kommunikasiyaların Avropada marketinq üzrə baş icraçı direktoru Rob Steggles ingilislərə məsləhət görür ki, ana dili ingilis dili olmayanların və kursa gedərək bu dili öyrənənlərin onları anlaması üçün öz üzərlərində işləsinlər və nitqlərini sadələşdirsinlər: "Qısa, aydın və birbaşa danışmalısan və nitqini asanlaşdırmalısan. Amma bununla özünü yuxarıdan aparmaq arasında incə bir xətt var. Həmin xətt kəndirbazın kəndirinə bənzəyir". Stegglesin dediklərindən aydın olur ki, beynəlxalq iclaslarda ingilislər fərqli tərzdə danışdıqlarından başqa ölkələrdən gəlmiş ingilisdilli iştirakçılar onların nə dediklərini başa düşmürlər. O bildirir ki, iclaslarda ingilislər adət etdiklərinə görə sürətli danışırlar, söhbətlərdə boşluqları doldurmağa tələsirlər və buna görə də ana dili ingilis dili olmayan iştirakçılar heç nə anlamırlar. Steggles ingilislərə məsləhət verir: "Bəlkə qarşındakı ingilis dili ikinci dil olan adam cümlə qurmağa çalışır. Bir anlıq gözləmək və imkan vermək lazımdır. Əks halda görüşdən sonra yaxınlaşıb soruşa bilərlər: Söhbət nədən gedirdi? Yaxud heç nə başa düşmədiklərinə görə bir söz demədən gedə bilərlər". O eyni fikri bir neçə fərqli yollarla çatdırmağı və aydın olub-olmadığını soruşmağı, reaksiya və ya hərəkət gözləməyi məsləhət görür. Steggles vurğulayır: "İştirak yoxdursa, dediklərinin anlaşılıb-anlaşılmadığını bilməyəcəksən".

Əgər ingilislərin keçirdiyi beynəlxalq tədbirlərdə nə danışıldığını anlamırlarsa, ingilisdilli liberallarımız həmin tədbirlərə nəyə gedirlər?!

Комментариев нет:

Отправить комментарий