Страницы

12.01.2018

Rusiya Dağılajax facebook səhifəsi:

Alman millətçiliyi nədir? Əlbəttə ki alman axmaq başlayır genetikada, qanda, torpaqda, irqdə eşələnməyə. Təmizlər və natəmizlər ortaya çıxarmağa. Və bu vakxanaliyada cəmiyyət 50 il, 100 il dolaşır, vurnuxur. Özünə gah o qəbilədən milli kimlik düzüb-qoşur, gah bu tayfadan. Arada bir ətrafı da qan gölünə batırır, amma yekun nəticədə ancaq özünü məhv etmək şərti ilə. Heç kimə sirr deyil ki, “Gənc türklərin” (o cümlədən Nuru Paşa) milləltçilik anlayışının kökünü alman zabitləri qoyub. Qan və torpaq. Yəni biz tərəflərdə alman milləltçilik modeli hökmrandır- millət, qan, soy, kök, tayfa, mənşə. Baxmayaraq ki almanlar düz iki dəfə belləri qırılandan sonra bu məşəqqətli yoldan imtina ediblər, biz tərəflərin qoyunları özgə nümunədən heç bir nəticə çıxarmayaraq yüz il əvvəlin beli sınmış millət modeli ilə qətiyyətlə eyni tarixi uçuruma şığıyırlar və vətənlərini siyasi-coğrafi xəritədən silməmiş sakitləşənə oxşamırlar (bu məqam fonda Koroğlu üverturası səslənir və üfüqü Ecibəyin zəhrimar sifəti tutur).

Комментариев нет:

Отправить комментарий