Страницы

16.02.2018

Oktay Quliyev:
-İraqda olduğum vaxt İmam Hüseynin hərəmində (Beynul hərəmeyndə) İŞİD-lə döyüşən könüllülərdən (Haşdi Şabi) biri ilə danışırdıq. Deyir Səddamın vaxtında məcburi olaraq İranla döyüşə göndərilmişdim. Əqidə qardaşlarıma qarşı döyüşmək istəmirdim. Müharibədə silah atmaqdan yayınırdım. Döyüş yoldaşım məni Səddamın zabitinə satdı. Vəhşicəsinə döyüldüm və vətənə xəyanət ittihamı ilə həbs edildim. Səddam devrilənə qədər neçə illər həbsxanada qaldım. İndi isə Səddamın cəllad zabitləri İŞİD-ə qoşulub, terrorçulara zabitlik edirlər. Mən isə könüllü olaraq, sevə-sevə onlara qarşı döyüşürəm... Həmsöhbət olduğum adam qoca bir kişi idi. Mosul İŞİD-dən azad edildikdən sonra Kərbəlaya ziyarətə gəlmişdi. Növbəti əməliyyatlara hazırlaşırdı.

Комментариев нет:

Отправить комментарий