Страницы

26.02.2018

"Şayiələrə uymayın, sonadək dayanın"

Qəmlo Əsədullah

18 yanvar 1990-cı il saat 5-6 radələrində Qızıl Ordu aeroportdan Bakının girişinədək irəliləyir, lakin gündüz vaxtı əhalinin şəhərdə gur olacağından və provokasiyalar ucbatından tələfatın çox olacağını bildiyindən, komandanlıq Bakıya girmək əmri vermir. Bütün işıqlı günü gözləyir, gecə saat 19-20 radələrində şəhərə 3 tərəfdən daxil olur. Sual: Əgər qırmağa gəlmişdilərsə, niyə gündüz girmədilər?
Həmin vaxt Lenin meydanında mitinq edən Əbülfəz Əliyev, İsa Qəmbərov, Tofiq Qasımov, Nemət Pənahov, Etibar Məmmədov, İskəndər Həmidov bilə-bilə ki şəhərə gecə qoşun daxil olacaq, niyə camaatı evlərinə dağıtmadılar?
Niyə Zərdüşt Əlizadə Əbülfəz Əliyevə tribunada deyəndə ki "Bəy, deyirlər bu gecə şəhərə qoşun girəcək, camaatı evlərinə yollamaq lazımdır", cavabında Ə.Əliyev "Sus, iğtişaş yaratma" deyərək, yenə də camaata "Şayiələrə uymayın, sonadək dayanın" deyə davam edib?
Və ən nəhayət, niyə 20 yanvarda "Qırğına baxmayaraq sonadək dayanan" deyən Ə.Əliyev 1993-cü ildə birdən-birə "Qırğın olacaqdı" deyib, hakimiyyəti qoyub qaçdı?!
Niyə Ali Sovetə sədr kimi məhz H.Əliyevi qoyaraq qaçdı?
Azərbaycanın Milli Qəhrəmanı Şahin Mirzəyev 4 iyun hadisələri barədə danışarkən bildirir: "Əbülfəzə dedik ki, bəy, gedin S.Hüseynovla söhbət edin, bu işi yoluna qoyun. O da dedi ki, mən qorxuram, məni öldürərlər. Dedim ki, mən zamin dururam, razı olmadı...". Yalan deyib! O gözəl bilirdi ki, S.Hüseynov ona toxunmayacaq. Sadəcə H.Əliyev ona şərt qoymuşdu: "Ya məni hakimiyyətə gətirirsən, ya da 88-dən bəri cinayətlərini açıb xalqa bildirəcəyəm".
Vəssalam!

Комментариев нет:

Отправить комментарий