Страницы

03.02.2018

Uşaqlara hər gün deyilməsi vacib olan 8 cümlə

Uşağa verilən tərbiyənin əsas təməl prinsiplərindən biri də gündəlik olaraq onlara diqqət yetirmək və onlara vaxt ayırmaqdır. Hətta uşaqlara ayrılan vaxtın onlar üçün xərclənən pullardan daha vacib olduğu deyilir.
Üsuli-Kafi əsərində İmam Sadiqdən belə bir hədis nəql edilir: “Uşaq 7 il oynayar, yeddi il yazma oxumağı təlim alar, (növbəti) yeddi ili isə halal-haramı öyrənər”. (Üsuli-Kafi cild-6, səh 47)
Oxşar hədis İmam Əlidən də nəql olunub: “Uşaq yeddi ili azaddır. (İkinci) Yeddi ili ədəb-ərkan alar və diqqət mərkəzində olar, (Növbəti) yeddi ili isə dost olar”. (Biharul-ənvar cild-23, səh-65)
İmam Əli uşağa verilən əhəmiyyət və tərbiyə tərzi barədə buyurur: “Uşaqları öz adətlərinizə və işlərinizə vadar etməyin. Çünki onlar sizin zamandan qeyri bir zaman üçün yaradılıblar”. (Nəhcül-Bəlağə, 240-ci kəlam)
“Uşaqları öz adətlərinizə və işlərinizə vadar etməyin” dedikdə, onlar kiçikkən gücləri çatmayan addımlara, mahiyyətini və əhəmiyyətini qavaraya bilməyən işlərə məcbur etməməkdən söhbət gedir.
İlk növbədə qeyd etmək lazımdır ki, uşaqlar hamısı Allah fitrəti ilə doğulur. Daha sonra yaşadığı mühit, aldığı təlim-tərbiyə onu digər etiqadlara və qənaətlərə sürükləyə bilər. Elə isə tərbiyə zamanı uşaqların pak fitrəti üzərində köklənmək lazımdır. Təlim-tərbiyə zamanı birinci növbədə uşağa şəxsiyyət və inam verilməlidir.
Hədislərə və alimlərin tövsiyələrinə əsasən, gündəlik uşaqlara bu sözlər deyilməlidir ki, onların şəxsiyyəti formalaşsın.
Uşaqlara hər gün deyilməli olan 8 cümlə bunlardır:

1. Səni çox istəyirəm.
2. Sənin yanında özmü yaxşı hiss edirəm.
3. Sən dahisən.
4. Səninlə keçirtdiyim vaxtlar mənə zövq verir.
5. Mən sənə güvənirəm.
6. Səninlə keçən hər günə görə Allahaıma şükr edirəm.
7.Bu işi görə bilərsən? İnanıram ki, öhdəsindən gələ bilərsən.
8. Mən səninlə fəxr edirəm.

ahlibeyt.ge

Комментариев нет:

Отправить комментарий