Страницы

15.02.2018

Zərdüşt Əlizadə:
-Elçibəyin tezisləri çox gülünc və arxaik fikirlərdir. Doğrudan anlamırsınız ki, Elçibəy xalqımıza nə boyda bir ziyan vurub? Təsəvvür edin, xalq Azadlıq meydanına yığılıb. Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. O xalqa bilirsiniz nə deyəcək? Ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Elçibəyin xalqa deməyə başqa sözü yox idi. Bəs xalq deməz ki, nə Baykal gölü, nə Aralıq dənizi? Türkiyə 30 il əlləşdi, heç Avropa Birliyi onun üzünə qapı açmadı. Hətta Türkiyənin özü böyük bir dövlət böhranının içindədir. Bir dövlət kimi öz mövcudluğunu qorumaq üçün çalışır. Dünyanın nəhəng iqtisadi-siyasi güc mərkəzləri var, bunların yanında hansı türk dövlətindən danışmaq olar?

Комментариев нет:

Отправить комментарий