Страницы

07.03.2018

“Alışanov gəzdiyi qızlardan birini dağdan atıb öldürdü”

AzTV sədri Arif Alışanova sui-qəsd cəhdinə görə mühakimə olunanların işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. virtualaz.org saytının əməkdaşı məhkəmə zalından xəbər verir ki, ittihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Təqsirləndirilən Şücaət Əkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Təqsirləndirilən Qocalı Cəbiyev də ittihamla razılaşmayıb: "Hamısı yalandır, nə silah daşımamışam, nə silahım olub. Silah daşıyanı tutun".
Prosesdə Şücaət Əkbərova ifadə vermək təklif olunub. Ş.Əkbərov 2007-ci ildən Arif Alışanovu tanıdığını deyib: "Arif Alışanov 120 hektar torpaq almışdı Şamaxıdan, mən də maklerlik edirdim ona. 2011-ci ilə qədər bu davam edib. Torpaqların alqı-satqısını Arif Alışanovun kürəkəni Fəridlə sürücüsü Hacı həll edirdi. Arif Alışanov 2011-ci ildə mənə zəng vurub dedi ki, kürəkənim Fəridin adında olan torpaqları keçir Mehribanın adına. Guya, torpağı qaynanasına satır. Sən demə, qızı ilə kürəkəni boşanıblarmış, düşmən olublar".
Ş.Əkbərov torpaq sahələrinin alqı-satqısında özünün də iştirak etdiyini deyib. İttihamların hamısının şər-böhtan olduğunu söyləyən Ş.Əkbərov şahid ifadələri ilə bunu sübut edəcəyini deyib.
Prosesin davamında təqsirləndirilən Ş.Əkbərov A.Alışanovun münasibətdə olduğu qızlardan birini dağdan çaya atdıqlarını deyib: "Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi".
"Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul vermişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacının adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var", - Ş.Əkbərov deyib.

İnarə Rafiqqızı                              virtualaz.org

Комментариев нет:

Отправить комментарий