Страницы

08.03.2018

Aqil Adil - Tilsim

Göyün dərdin torpaq udub ələyir,
Paklaşdırıb dənizlərə axıdır,
Bəşəriyyət bir nöqtəyə tələsir,
Bu ki bəlli - bu ki ölüm qoxudur.

Ayaq saxla, adəm oğlu, dur bir az,
Hardan gəlib hara gedir varlığın?
Niyə varsan çoxlarına dərd kimi?
Niyə yoxsan - dərd verməyir yoxluğun?

Bir vücudda aləmləri daşıyan,
Bir baxışda min cümləni quransan.
O ki sənə öz ruhundan üfürüb,
Amma indi təpə, dırnaq - haramsan!

Gözlərini gözlərimə dik, atam,
Nə doğrudur, nə yalandır görərsən.
Mən ki sənə şirin yalan demirəm-
Varlığınla həqiqəti sevəsən...

Комментариев нет:

Отправить комментарий