Страницы

11.03.2018

Bu dünya fanidi

Rahim Hətəmov

Qara torpaq olar hamının yeri,
İnsan öləndə olar bir sümük, dəri,
Bu sözü söyləyir fəna şairi:
Bu dünya fanidi, aldanma, qardaş.

Bu dunya həyatında cövri-cəfa görmədim,
Dərdli insanlara verə- şəfa görmədim. 
Bu Adəm oğlunda heç bir vəfa görmədim,
Bu dünya fanidi, aldanma, qardaş.

Bu Rahib sözünün düzünü deyər,
Həyatın həqiqət sözünü deyər,
Həyatın çox üzlü yüzünü deyər, 
Bu dünya fanidi, aldanma, qardaş.

Hər bir şey həyatda saxta, yalandı, 
Dünyaya bağlanmaq boş bir zamandı.
İsrafil Sur çaldı- zaman dayandı,
Bu dünya fanidi, aldanma, qardaş.

Bu dünya əzəli olmayacaqdı,
Kim desə əbədi qalmayacaqdı,
Cavanlıq, gümrahlıq solmayacaqdı-
Bu dünya fanidi, aldanma, qardaş.

İnsan insan olur əməl-hesabla,
İnsanlıq yaşayır xeyir-savabla,
Bir nicat yolu var - Quran kitabla, 
Bu dünya fanidi, aldanma, qardaş.

Yaş ötür, vaxt gedir öz axarıyla, 
Qış gedir, yaz gəlir öz baharıyla,
Bir insan başbaşa öz məzarıyla-
Bu dünya fanidi, aldanma, qardaş.

Dünyaya bağlanmaq xətərdi, xətər,
Çox meylli olsan, vardır bir zərər.
Axirətin üçün sən yığ bir bəhər,
Bu dünya fanidi, aldanma, qardaş.

Heç zaman, heç bir vaxt dolmadı dünya, 
Əbədi, ömürlük olmadı dünya,
Sultan Süleymana qalmadı dünya,
Bu dünya fanidi, aldanma, qardaş.

Hamının axırı dərdi, azardı,
Acgözə, hərisə dünya bazardı. 
Hər insan bilir ki sonu məzardı-
Bu dünya fanidi, aldanma, qardaş.

Çox yaşasan ömrün doxsandı yüzdü, 
Bu dünya mömini yamanca üzdü,
Əqli kəm insana bu dünya düzdü-
Bu dünya fanidi, aldanma, qardaş.

Aldanma dünyanın var-dövlətinə, 
Ad-sana, izzətə, boş şöhrətinə,
Qır-qızıl, ev-maşın su qiymətinə-
Bu dünya fanidi, aldanma, qardaş.

Az ye və şükr eylə sən o Sübhana,
Dünyaya meylli olma bir daha,
Allahına qayıt, tez gəl imana,
Bu dünya fanidi, aldanma, qardaş.

Комментариев нет:

Отправить комментарий