Страницы

01.03.2018

Sənə ehtiyacım var

Emil Bayramov

Bir nəfəs bəsdir mənə,
Car çəkim aləmlərə,
Sənlə mən uçum göyə,
Sənə ehtiyacım var.

Mənim sirrim, özümsən,
Ömrümdən günlərimsən.
Sən çiçək ləçəyimsən,- 
Sənə ehtiyacım var

Tez gəl hardasan, ey yar,
Məni bu dərddən qurtar
Nalələrimdə axtar-
Sənə ehtiyacım var.

Xilqət cüt olub belə,
Ey göxəl, ruhsan elə!
Yaman darıxdım yenə-
Sənə ehtiyacım var.

Mənim sevgi payımsan,
Ömür, dərd ortağımsan,
Tez gəl, axı hardasan!
Sənə ehtiyacım var.

Комментариев нет:

Отправить комментарий