Страницы

12.04.2018

Bununçün lazım idi müstəqillik?!

Vidadi İsgəndərlinin çıxışından seçmələr

Azərbaycanda bölgələrin inkişafına 53 milyard pul ayrılıb, onun heç 1 milyardı ünvana gedib çatmayıb.
***
Prokuror təyin olunmaq üçün Azərbaycanda qiymətlər təxminən 300 mindən 1 milyona qədərdir.
***
Bu gün 3 milyondan çox azərbaycanlı bir tikə çörəkdən ötrü ölkəni Rusiyaya tərk edib.
***
100 minlərlə azərbaycanlı Almaniyada, Fransada palatkalarda yaşayırlar, özünü öldürürlər, amma Azərbaycana qayıtmaq istəmirlər, burda dilənçiliyi üstün tuturlar, nəinki Azərbaycanda yaşamağı.
***
Gömrükdə Aydın Əliyevlə Kəmaləddin Heydərov ildə 11 milyard pul qazanıb qara kassaya verir.
***
Misir Mərdanov 1 məktəbin tikilməsini 5 milyona başa gətirirdi. Misir Mərdanov 10 milyarddan çox pulu mənimsəyib işdən azad olundu.
***
Azərbaycan hakimiyyətinin məmurlarının balaları səhər yeməyini Fransada yeyir, axşam yeməyini Amerikada! Bu gün Azərbaycanda turizmə kim gəlir? Ərəblər! Onlar turist kimi gəlmir, onlar bizim dövlətimizi, bizim vətənimizi fahişəxana kimi istifadə edir! Azərbaycanda 15 minə yaxın fahişəxana var. Azərbaycan hakimiyyəti şərəf və ləyaqətini itirib!

Комментариев нет:

Отправить комментарий