Страницы

09.04.2018

Müşfiq Heybətov:

-Oxudular, oynadılar, çaldılar. Sonra bir az keçmiş ərlərinin onları anlamadıqlarına görə boşanmaqlarından danışdılar. Daha sonra aparıcının "Eşitmişik uşağınız dünyaya gəlib, uşağın atasının adını açıqlayacaqsız?" sualına "Qoy sirr olaraq qalsın" cavabı verərək, hamılıqla bir yerdə "O gün olsun belə verilişlərdən doğma Qarabağımızda, işğal olunmuş torpaqlarımızda çəkək" deyib, "Anadır arzularım hər zaman Qarabağ" musiqisinin sədaları altında verilişi bağladılar.
P.S. Məni yandıran bu mütrüf tayfası deyil e, bunların adı üstündədi. Məni yandıran yekə-yekə bığıburma kişilərin, ağsaqqalların, nəvəsiylə oynamaq yaşında olan ağbirçəklərin bunlara züy tutub ürəklə alqışlamalarıdır.

Комментариев нет:

Отправить комментарий