Страницы

18.05.2018

İlqar Bədəlov - Göstər

Dostum, külək kimi əsəndə sərt-sərt
Hərdən səmtin dəyiş, mehini göstər.
Hirsli baxışlardan dondur qərarı,
Bir yaxşı fikirləş, beyini göstər.

Bir işi görməyə min kəs fikirləş,
Arif ol, işarət səmtinə əyləş.
Mudrikin fikrinə əql ilə birləş,
Uzu ağ xalqına zehini göstər.

Sirrini car etmə, saxla urəkdə,
Olsa da cavanlıq gücü biləkdə
İlişib qalarsan arzu-diləkdə,
Vaxtı gələndə hər şeyini göstər.

Çalış valideynin haqqını qaytar,
Ağ olsun cənnətdə üzündəki ar.
Sizi qabaqcadan edim xəbərdar:
Şair İlqar kimi heyini göstər.

Комментариев нет:

Отправить комментарий