Страницы

31.05.2018

Rəşid Mahmudov: Zaur Baxşəliyevi ifşa edib üzünə tüpürdüm

"Sovet İttifaqı dövründə millətimizin namusunu ruslar qoruyub"

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan "Zaurla günaydın" proqramını sərt şəkildə tənqid edib.
Rəşid Mahmudov Sfera.az-a açıqlamasında sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevi hədəf alıb: "Axı Zaur Baxşəliyev kimdir ki, onun qonaqları da nə olsun? Mən televiziyada açıq şəkildə demişəm ki, Azərbaycanın bəzi telekanalları xalqımızın mənəviyyatını pozmaqla məşğul olur. O necə aparıcılıqdır? Arvad efirdə şıllaq atır, müğənni neyləyir və sairə. Axı bu cür adamlar nə üçün efirə buraxılır? Həmin Zaur Baxşəliyevi mən bir neçə il əvvəl ifşa edib üzünə tüpürmüşəm. Həmin Zaur efirdə fahişəliyi, əxlaqsızlığı təbliğ edir. ATV-nin Vüqar Qaradağlı adında keçmiş prezidenti vardı. Allah onun atası Aydın Qaradağlıya rəhmət etsin. Heyf o cür atadan ki, onun belə oğlu var. Bir neçə il öncə bütün bunlarla bağlı Vüqar Qaradağlıya şikayətimi bildirdim. Gedib qəfil Vüqar Qaradağlının otağının qapısını açıb ona dedim ki, sizin bu millətə yazığınız gəlmir. Dedim ki, ayıb deyil, Zaurun o cür veriliş aparmasına nə üçün icazə verirsiniz? Ona bildirdim ki, belə çıxır ki, Sovet İttifaqı dövründə millətimizin namusunu ruslar qoruyub. "Ayıbdır" deyib, üzünə tüpürdüm. Sonra da qapını vurub çıxdım".
Rəşid Mahmudov bildirib ki, bu cür verilişlərdə insanları sındırırlar: "Özləri də sındırılır, arvadları da onlara kişi kimi baxmır".

Комментариев нет:

Отправить комментарий