Страницы

13.06.2018

Aynur Camalqızının həyat yoldaşı gənc yazarı və fəalı döydürdü

Gənc yazar Kəramət Böyükçöl "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının həyat yoldaşı İlqar Əliyev tərəfindən döydürülüb. demokrat.az xəbər verir ki, hadisə haqqında Kəramət Böyükçöl və onunla bir yerdə olan dostu Dəyanət Babayev feysbuk sosial şəbəkəsində yazaraq məlumat veriblər.
Kəramət Böyükçöl iddia edir ki, Aynur Camalqızının əri İlqar Əliyev onu təhqir edib: "Aynur Camalqızının əri İlqar mənə təhqir mesajları, söyüşlər yazdı, sonra isə Hüseyn Cavid parkına razborkaya çağırdı. Gəldi, məni söhbət eləyə-eləyə kamera olmayan bir yerə apardı, orda məni təhqir etdi. Mən isə onun təhqirinə cavab verərkən bir də gördüm ki, üstümə İlqar və üç cip qoçu cumdu. Guya kişinin oğlu məni təkbətəkə görüşə çağırmışdı. Və mən məcbur olub yüyürüb Bakı Dövlət Universitetinin darvazasından özümü içəri atdım. İlahi, məni niyə bu insanların əlində qoymusan? Niyə mənə yolpulu qismət eləmirsən ki, başımı götürüb bu xarabadan çıxım gedim? Bircə Allahdan istəyirəm ki, Aynur və əri bu statusa etiraz eləsin, görün, ortaya necə faktlar qoyuram".
Hadisə yerindəolan  tanınmış ictimai fəal, “Azərbaycan Reallığı” səhifəsinin admini  Dəyanət Babayev hadisə ilə bağlı bunları yazıb: "Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar onu hədələyərək təhdid edir. Onu Elmlər Akademiyasında Hüseyin Cavid parkına razborka etməyə çağırır. O dedi ki, İlqar məni döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim. Parkda Kəramət və şair Mübariz Məsimoğlu da var idi. Məlum oldu ki, Kəramət Aynur xanımdan 600 AZN borc pul alıb. Pulu deyilən vaxtdan bir az gec qaytardığı üçün Aynur xanım ona telefonla təhqir mesajları yazıb və daha sonra Kəramətin 21 yaşlı həyat yoldaşına zəng edərək onu və Kərəməti təhdid edib ki, sənin nömrəni verəcəyəm ərim İlqara, qoy, o, səninlə danışsın. Bu sözləri həyat yoldaşı Kəramətə dedikdən sonra Kəramət Aynur xanıma cavab mesaji yazıb. Daha sonra söhbətə Aynur xanımın həyat yoldaşı İlqar qarışmalı olub. İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Mən və Mübariz bəy onları kənardan müşahidə edirdik. Onlar Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar. Sən demə, İlqar bəy xüsusi plan hazırlamışmış. Bizi onun digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər. Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Mən məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı qoçu dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular. Sonra mən və Kəramət qaçıb və dəmir raşotkadan tullanıb Bakı Dövlət Unversitetinin həyətinə keçdik, mühafizəçilərdən kömək istədik, yoxsa azğınlaşmış insanlar bəlkə də bizi rəsmən öldürəcəkdilər. Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm". /sozcu.az/

Комментариев нет:

Отправить комментарий