Страницы

25.06.2018

Elçibəyin Azərbaycana vurduğu ziyan barədə

Rizvan Şıxızadə

Bu yazıya görə bəzi dostlarım məni qınayacaq, ancaq...
Mənimdə atam, çoxu kimi 90-cı illərdə cəbhəçi olub, bizdə Mirzə Xəzərə qulaq asa-asa böyümüşük. Hələ ibtidai sinifdə oxuyanda Elçibəyin iki kitabını- "Deyirdim bu quruluş dağılacaq" və "Bu mənim taleyimdir" oxumuşdum. 
Həddi buluğa çatandan sonra Elçibəyi tanımağa başladım.
Elçibəy Azərbaycanı Rus imperiyasından azad etdi, Rus qoşunlarını ölkədən çıxartdı kimi fikirlər əslində şirin yalanlar idi.
Sovet imperiyası içindən xainlər tərəfindən parçalanmaqda idi. 15 respublika kimi biz də başsız qalıb müstəqil olduq.
Milyonlarla insanın Azadlıq meydanına çıxması təkcə bizdə baş verməyib, MDB ölkələrinin çoxunda süni bəhanalərlə xalqı Sovet hökmətinə qarşı qaldırırdılar. Xalq cəbhələri keçmiş sovet ölkələrində hamısı bir mənbədən idarə olunan Qərb proyekti idi.
Elçibəyin Azərbaycana bəxş etdiyi ən böyük "nemət" türkçülük oldu.
Bir jurnalist ona sual verir ki, bəy, kommunizmdən sonra siz xalqa hansı ideologiyanı vəd edirsiz, o deyir türkçülük, bundan gözəl ideologiya yoxdur.
Bu idelogiyanın Azərbaycana vurduğu ziyanı saymaqla bitməz. 
Rusa-Farsa qarşı nifrət, Türkün Türkdən başqa dostu yoxdur demək, həm nəhəng qonşuları bizə düşmən etdi, həmdə ölkədə yaşayan yerli xalqları (Talış, Tat, Ləzgi, Avar və s.) narazı saldı.
Müharibə şəraitində olan bir ölkənin prezdentinin Azərbaycan məhv olur olsun təki Türkiyəyə heç nə olmasın deməsi, İran və Rusiyaya ərazi iddiası etməsi- bu insanın psixi durumunun yerində olmamasının göstəricisidir.
Müharibənin qızğın vaxtında Ali baş komandanın öz postunu atıb Kələkiyə qaçması isə xəyanətin kulminasiyası idi. Pənah Hüseynov, Rəhim Qazıyev, Firudin Cəlilov, İskəndər Həmidov, Hafiz Hacıyev və s. adamlarla hökümət quran birinin, kreslonu kumiri Əliyevə verməsi labüd idi...
Bəziləri etiraz edir ki, o yaxşı insan olub, humanist olub- məndə razıyam: o humanist olub, rüşvətxor olmayıb, ancaq siyasət qətiyyəti sevir...
Bizim bu günkü bəlalarımızın kökündə AXC hökümətinin, birbaşa Əbülfəz Elçibəyin qətiyyətsizliyi dayanır.

Комментариев нет:

Отправить комментарий