Страницы

27.06.2018

İnsanları dərmanla və ölü qidalarla zəhərləyən Yırtıcı Biznesin arxasında çox güclü qüvvələr durub. Kitablarımın birində onlara ümumi ad vermişəm – CƏNAB KAPİTAL. Müasir səhiyyə isteminin sponsoru məhz bu CƏNABDIR. Ona görə də bu gün dərman biznesi narkobiznesi də üstələyib, silah biznesini də. Hamı bilir ki, dərman zəhərdi. Di gəl hansı aptekə getsən, görəcəksən ki, qızğın alver gedir. Çünki Cənab Kapitalın əlində güclü təbliğat maşını var – mətbuat, radio, televiziya, kompüter, mobil telefon, planşet, ədəbiyyat, incəsənət, reklam şirkətləri və s. Amma zavallı bağbanın, tərəvəzçinin, arıçının sponsoru yoxdur. Ona görə ki, insanların sağlamlığı dünya siyasətçilərini maraqlandırmır. Bütün siyasət aləminin ipi biznesmenlərin əlindədir. Biznesin yeganə məqsədi daha çox mal satıb, daha çox pul qazanmaqdır. Bu üzdən şəfa mənbəi olan meyvələr və tərəvəzlər də dönüb olur bəla mənbəyi. Natural Gigiyena hərəkatı meydandan qovulur. Qovan da bəlli – Cənab Kapital.

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə

Комментариев нет:

Отправить комментарий