Страницы

16.06.2018

Müstəqillih əldən getdi

Sərdar bəyin iç üzünü yəqin buna görə göstərdilər. Bilmirəm, bəlkə başqa səbəblər də var. Çox guman ki, elə başqa səbəblər var. Ona görə onu həm də Türkiyə-Azərbaycan konfederasiyası təklifinə görə tənqid edirlər.
Əslində, belə bir fikrin antisovetçi-faşist Sərdar bəydən eşitmək gözləniləndir. Bu musavatçı güruh elə 1988-dən bəri "azadlıq" deyəndə şüuraltı olaraq Qərbin, ABŞ-ın, Avropanın, NATO-nun bir yerinə girməyi nəzərdə tuturdular.
Hə, iranpərəstlər də var, Azərbaycanı İrana qatmaq istəyənlər... Ki, bunda əslində qeyri-adi heç nə yoxdur. Çar Rusiyası bizi tutmasaydı, elə bu gün İranın tərkibində olardıq.
"Konfederasiya" sözü və ideyası, özü də Türkiyə ilə, bizim musavatçı güruhu narahat etməməlidir. İllərdir siyasətdə olmayan, ağzına su alıb susan, 1988-də meydanda cəh-cəh vuran Etibar bəy də dilə gəlib... Axı onu Azərbaycanın, xalqın bu qədər problemi, dərdi-səri maraqlandırmır! Buna da bir "zapravka" veriblər, ordan aylıq stabil gəlirini götürür, heç nəyə qarışmır... Burjua siyasətbazıdır, işçi sinifinin problemlərindən danışası deyil ki! Bəs Qarabağ? Qarabağdan erməni faşistləri bir qarış işğal etməmişdi, Etibar bəy və onun kimilər Qarabağ dərdi çəkirdilər. Guya. İndi SSRİ dağıdıldıqdan sonra illərdir Qarabağ işğal altındadır - ağzına "Qarabağ" sözü almır. Çünki əslində onu Qarabağ heç maraqlandırmır. Tipik burjua siyasətbazıdır. Onun üçün Qarabağ mövzusu Vəzirova, Mütəllibova, SSRİ-yə qarşı istismar vasitəsi idi.
Bunların musavatçı babaları daşnaklarla və gürcü menşevikləri ilə Zaqafqaziya federasiyası yaratmışdılar. İndi Türkiyə ilə konfederasiyaya qarşı çıxası oldular? Axı bunların babalarının bir qismi hələ onda Azərbaycanı Osmanlının əyalətinə çevirmək arzusunda idi...
Daşnaklarla, menşeviklərlə Federasiya yaradan musavatçılar Sovet İttifaqına qarşı çıxmağı onunla əsaslandırılar ki, "müstəqillih əldən getdi"... Əslində "müstəqillih" filan onların vecinə deyil. Sovet İttifaqına qarşı olmalarının bir səbəbi var: sosialist respublikaların İttifaqı idi. (Kommunist ermənilərlə, sosialist Ermənistanla, kommunist gürcülərlə, sosialist Gürcüstanla bir İttifaqda olmaq "müstəqilliyə xələl gətirir", amma Osmanlı və Almaniyanın, ABŞ və Britaniyanın nəzarəti altında eyni xalqların antisosialist qüvvələri ilə federasiya yaratmaq "müstəqillih"di). Onlar kapitalist ittifaqlarda yer almaq istəyirlər. Ona görə də Sovet İttifaqına qarşı, Avropa İttifaqının isə lehinədilər.
Nəysə... Qırsınlar bir-birini bu burjua siyasətbazları. Hamısı eyni zibildi, xalqın, işçi sinifinin düşmanıdır.
Kapitalist Azərbaycanın müstəqilliyi formal xarakter daşıyır. Düzdür, musavatçıların 1918-1920-ci illərdəki dövlətlərindən daha müstəqildilər... O da ki sırf 70 illik sovet sosializminə, sovet sosializminin nailiyyətlərinə görə!

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/?hc_ref=ART5mosvmnLoS44vDWJERI6gLwEPSe_zmDbDxtl0K6Xvz83IAaZQRfU6hqeO-B9kcH0&fref=nf

Комментариев нет:

Отправить комментарий