Страницы

11.06.2018


Rahib Hətəmov, Azərbaycan Avrasiya Hərəkatı:
-Kim ki Qərbin fitvasına gedib Rusa, İrana və bu cəbhədə olanlara kəllə atıb, hamısının sonu acınacaqlı olub. 1992-ci ildə Zviad Qamsaxurdiya Ruslara kəllə atdı, nəticədə Cənubi Osetiya və Abxaziya əlindən çıxdı. 1992-ci ildə AXC və Müsavat Qərbin, Masonların, Amerikanın və birbaşa İsrailin planlarını həyata keçirdilər, Rusa kəllə atdılar, İrana yumruq göstərdilər, nəticədə Qarabağ və 7 rayon əldən çıxdı. Daha sonra Saakaşvilinin yöndəmsiz hakimiyyəti dövründə Gürcüstanda Osetiyanın qalan hissələri əldən getdi. Ukraynada da Qərbpərəst mövqe ölkənin iki yerə parçalanmasına səbəb oldu. Ermənistanda Paşinyanın Qərbpərəst mövqe tutması da erməniləri yavaş-yavaş süquta aparacaq. Əzizlərim, regionun strateji inkişaf xətti Rusiya, İran, Çin və Türkiyənin ittifaqından keçir, Azərbaycan da bu birliklə ortaq hərəkət etməlidir. Qərb, Amerika, sionist İsrail, vahhabi Səud rejimi regiondan dəf olmalıdır. İnşallah Hörmüz Əhrimana qalib gələr, dunyada haqq öz yerini tutar.

Комментариев нет:

Отправить комментарий