Страницы

29.06.2018

"Türk şahinlərinin" Bakı səmasındakı manevrləri

Ölülərmizi daşımaq üçün Allahın bir vertolyotunu vermədiz!

Türkçülərin İrana qarşı apardığı antitəbliğatlardan biri də budur ki, 2001-ci ildə Azərbaycan sərhədini pozan İran təyyarələri, “ Türk şahinləri” Baki səmasına qalxandan sonra guya qorxub qacdılar.
Gəlin hadisənin həqiqətən necə baş verdiyinə baxaq. Sərhədi pozan İran yox, BP şirkətinin Azərbaycandakı geoloji kəşfiyyat gəmisi idi. İranın dəniz sərhədlərini keçib guya qazıntı üçün gəzirdi. Gəmidə İran mobil telefonlarını dinləmə cihazları vardı.
İran sərhədçiləri gəmini uzaqlaşdırmaq üçün bir neçə sürətli gedən hərbi qayıq göndərmişdilər. Amma gəmi yerindən tərpənmirdi. İran təyyarə qaldırmağa məcbur oldu.
Bakı hava qülləsi İran pilotuna sərt xəbərdarlıq verdi ki, vurarıq!!!
Pilot da kim olsa yaxşıdı? Kim? Türk balası!!!
Onların ingiliscə xəbərdarlıqlarının cavabında türkcə dedi: siz mənim .............. yeyərsiniz.
Tehrana bu xəbərdarlığı göndərdi... Onlar da dedi səs divarını sındır, partlayış səsi çıxsın, gir Bakının səmasına...
Ondan sonra gəmi yerini tərk elədi.
6,5 saat sonra Türkiyə fantomları gəlib Bakıda manevrə keçirdilər.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi olmuş Hüseyn Qıvrıqoğlu bəyan elədi ki, “Azərbaycana hücum edən önündə Türkiyəni görər”.
İndi deyəsən, ay cındırlar, bəs bu təyyarələri Qarabağ müharibəsi vaxtı niyə görmədik?!.. Bu "Türk sərçələri" harada idilər? Ölülərmizi daşımaq üçün Allahın bir vertolyotunu vermədiz! İndi hansı axmaq sizin populist bəyanatlarınıza inanar? Ancaq başı boşlar...
Bu təxribatın mahiyyəti ondan ibarət idi ki, İran və Azərbaycan arasında münasibət istiləşirdi. Ermənistan və Azərbaycan arasında yaranan Qarabağ problemini həll etmək üçün İranın xarıcı işlər naziri Əli Əkbər Vilayəti həmin vaxt Azərbaycanda idi. Bu təxribatda məqsəd münasibətləri korlamaq nəzərdə tutulmuşdu ki, Azərbaycan İrana meylli olmasın. Türkiyəyə tərəf qaçsın...
İranla Azərbaycan arasında belə bir təxribat bundan qabaq da olmuşdu... Bizim nümayəndə heyəti İranda olanda İran-Azərbaycan munasibətlərinin yaxşılaşmasından narahat olanlar tez Şuşanı ermənilərə iki əlli təhvil verdilər. Danışıqlar yarımçıq qaldı...
Bu gün taxtabaş türkçülər də deyir ki, bəs Şuşanı İran verdi...
Deyəsən, ay danabaşlar, Şuşanı İran əsgərləri qoruyurdu məgər?
Hamı bilir ki, Şuşa iki gün qabaq boş qalıb... Ermənilər özləri çaşıb qalmışdılar... 2 gün Şuşaya girməmişdilər ki, birdən nəsə tələ olar. Daha bilmirdilər ki, Azərbaycanda Şuşanı ermənilərə xonçada hədiyyə etmişdilər...
Bu hadisələri o dövrdə yaşayanlar çox gözəl bilirlər.
Ağıllı adamlar da hadisələri düzgün analiz edib nəticə çıxara bilir. Amma milliyyətçilər bunu edə bilmir, çünki onların beyinlərinə yeridilən implant onların düzgün fikirləşməsinə mane olur...

Комментариев нет:

Отправить комментарий