Страницы

17.07.2018

Əli Əkbər Vilayəti: Amerikalıları regiondan çıxmağa məcbur edəcəyik

“Amerika bizim Suriyadan çıxmağımızı tələb edir. Halbuki biz bu dövlətlərinin çağırışı ilə ordayıq, Amerika isə iznsiz. Biz İraq və Suriyada hərbi müşavirlər həddində mövcuduq… Biz Amerikanın tələbi ilə ora getməmişik ki, onun tələbi ilə də oradan çıxaq... Amerikalılar öz iradələri ilə Yaxın Şərqdən çıxmasa biz onları buna məcbur edərik”.
Bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Moskvaya səfəri çərçivəsində deyib. Ə. Vilayəti bildirib ki, sionist rejiminin işğallarını dəstəkləyən və bunu təmin edən Amerikanın İranın Yaxın Şərqlə bağlı siyasəti haqda fikir yürütməyə haqqı çatmır. O bildirib ki, bu dövlət İraqı 3, Suriyanı isə 5 hissəyə bölmək niyyətindədir.
Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Amerikanın İran neftinin ixracının sıfıra endirilməsi ilə bağlı təlaşına da cavab verib və bildirib ki, Hörmüz boğazından İran neftinin ixracı mümkün olmazsa bu heç kim üçün olmayacaq.
Qeyd edək ki, Ə. Vilayəti Moskvaya səfər edərək,  Ayətullah Xameneinin və Həsən Ruhaninin məktubunu Vladimir Putinə çatdırıb. Qeyd edilib ki, bu məktub Amerikanın nüvə sazişindən çıxmasından sonrakı dövr üçün İran-Rusiya strateji əlaqələrini daha da möhkəmləndirmək məqsədi  daşıyır. /az.truthngo.org/

Комментариев нет:

Отправить комментарий