Страницы

05.07.2018

Məktəblərdə tarix necə təhrif edilir

Orta məktəb dərsliklərində, əsasən tarix kitablarında bir çox səhvlər vardır. Bu səhvlər haqqında məqalə yazmağı haqq tərəfdarı bir insan kimi özümə borc bildim. Özünüz oxuyun və fikirləşin görün bu yazılan tarix kitablarında azacıq da olsa məntiq və yaxud əlaqə varmı?
1. Azərbaycan Atropatena adından yaranmışdır.
2. Azərbaycan odlar diyarıdır.
3. Biz Zərdüşti olmuşuq
4. Biz Türk millətiyik, Oğuz türkləriyik.
5. Azərbaycan böyük bir ölkə olub, onu Ruslar və Farslar iki yerə parçalayıblar.
Bu siyahını davam etdirmək də olar, amma əsasən bizimçün vacib olan 5 əsas səhvin üzərində dayanacayıq.
1. Bəli doğrudur.
2. Bəli, doğrudur, amma bu kəlmənin kökünü yazmırlar: "Azar Paygan" Fars kəliməsidir və Fars dilindən tərcümədə Odlar yurdu deməkdir.
3 və 4. Bəli Zərdüşti olmuşuq, doğrudur, amma Zərdüşt olduğunu deyənlər nəyə görə Türk olduqlarını iddia edirlər?! Axı türklərin Zərdüştü olmayıb. Türklər, yəni əsl türklər, şamançı və tengriçi olublar. Zərdüşt dininə əsasən İranisoylu xalqlar inanıblar. Bu isə o deməkdir ki, Azərilər türk yox, iranisoylu millətlər qrupundandır. Bu Azərilərin türk olmadığının bir neçə sübutlarından biridir. Azərilər bu dildə danışdıqlarına görə Türk olduqlarını zənn edirlər.
Axı bu yanlış düşüncədir. Bu dildə danışmaq Azərilərin türk olduğu anlamına gəlmir. Konkret tarixi əsas yoxdur ki, Azərilərin türk olduğunu ortaya qoysun. Bu zamana qədər iddia edilən əsasların bir çoxu isə yalan və həqiqətə sığmayan fikirlərdir.
Azərilər ana dilini itirmiş bir millətdir. Azərilərin öz həqiqi ana dili İranidillər qrupundan olan və Talış dilinə çox yaxın olan bir dildir. Bu dil Azəri dili adlanırdı və bu dilin hərzəndi ləhcəsi daha yayğın idi. Bir daha qeyd edirəm ki, bu dil Talış dilinə bənzər bir dil idi. Bu gün Təbrizdə Azəri dilinin  hərzəndi ləhcəsində danışan 4,5 ucqar kənd var. Yerli Azərilər ana dillərinin 20 il sonra tamamı ilə məhv olma təhlükəsi ilə üz-üzə olduğunu deyirlər və dilin məhv olmasından narahatlıq hissi keçirdirlər.
5. Azərbaycanı Farslar və Ruslar iki yerə parçaladı yalanı. Tarixi xəritələrə baxdığımız zaman əsl Azərbaycanın (Atropatena) harada yerləşdiyi görünür: Təbriz, Urmiyə, Ərdəbil olan ərazini əhatə  edirdi. Bugünkü Azərbaycan Respublikası isə 1918-ci ildən əvvələ kimi tarix boyunca Arran və Şirvan adlanıb.
Gələk indi müqaviləyə. Bu müqavilədə iştirak edənlər Farslar yox, məhz Qacar türkləri olub. Qacar türkləri o vaxtlar İran imperiyasının tərkibində olan Arran-Şirvanda (bugünkü Azərbaycan Respublikası) və əsl Azərbaycanda (Atropatena) vəzifədə idilər. İranlılar Ruslar ilə müharibədən sonra müqavilə bağlamağa qacarları göndərdilər ki, gedin sülh müqaviləsi imzalayıb bu məsələni həll edin. Qacar Türkləri Ruslarla müqavilə imzalayırlar. Ruslar müharibədə səfirlərinin öldürülməsinə qarşılıq olaraq İran imperiyasının şimalındakı Arran və Şirvanı tələb edirlər, beləcə Araz çayı sərhəd olur.  Qacar Türkləri bu müqaviləyə imza atırlar və bu müqavilə İranlıların tarixində qara yaddaş kimi qalır.
Bugünkü Azərbaycan tarixi kitablarında isə Ruslar və Farslar Azərbaycanı iki yerə parçaladı deyərək insanlara həqiqətə sığmayan bir tarix öyrədirlər. Yenə deyirəm, Azərbaycan 1 dənə olmuşdur: indiki Təbriz, Urmiyə, Ərdəbil ərazisində!
İndiki yaşadığımız yer Azərbaycan olmayıb, qədimi Arran və Şirvan torpağı olmuşdur.
İndi sizə sual verirəm sizcə bu yazılan kitablarda məntiq varmı?
İnsanları məcburi şəkildə türkləşdirmək, torpağın adını tarixini dəyişmək, başqa millətlərə qarşı nifrət yaratmaq, millətimizə düşmən qazandırmaq kimlərin oyunudur?
Tarixi həqiqətləri öyrənmək, bilmək borcumuzdur: saxta bir şəkildə yox, həqiqətlər ilə yaşamaq ən təbii haqqımızdır.

badkubeh.com

Комментариев нет:

Отправить комментарий