Страницы

26.07.2018

Talış və Türk qardaşdır, sionistlər aramıza girə bilməz!

Rahib Hətəmov

Böyük Talış şairi Əli Nasir deyirdi: Mən Talış olduğum qədər də Türkəm!

Son zamanlar Talış separatçıları artıb. Bilmirəm maliyyə qaynaqları haradı, bəzi ekspertlərin fikrincə, Avropadı Unpo təşkilatı ilə sıx əməkdaşlıq edirlər.
Avropa, Amerika, İsrail, Ermənistan, Səud kimi şeytana papış tikənlər Azərbaycanda Talış kartından yararlanmağa çalışırlar.
Min illər bir-birinə qız verib qız alan Türk və Talış xalqları arasında nifaq salmaq istəyirlər.
Əbəs yerə deyil ki, 2014-ci ildə Brusseldə Avropa Azərbaycandan Talış muxtariyyatı tələb etdi. Avropadan maliyə qaynaqları olan Meydan TV (əslində Şeytan TV) daima Talış separatizmin alovlandırmağa çalışır.
Avropada yaşayan bir sıra Talış millətçiləri Avropa orqanları ilə daha fəal əməkdaşlıq edirlər.
Tanınmış Azərbaycan müxalifətçiləri sözdə Türkçü olsalar da, əməldə ibu işə dəstəklərini əsirgəmirlər.
Düzdü, Talışlarla bağlı mən də bir sıra mütərəqqi lahiyələrin, məsələn, Lənkəran TV-də, radioda Talış dilində verilişlərin, məktəblərin, qəzet və jurnalların, o dilin inkişıafı və intibahının tərəfdarıyam. Talış xalqının təbii və qeyri-təbii assimlasiyasının əleyhinəyəm. Allah verdiyi dili yalnız Allah ala bilər. Amma Avropa, Amerika, Səud, İsrail və saydığım dövlətlərin şamtutanları ölkəmizdə milli təxribat yaratmaqla məşğuldurlar.
Böyük Talış şairi Əli Nasir deyirdi: Mən Türk olduğum qədər də Talışam.
Mən bir Türk olaraq Talış və digər aborigen xalqların mədəni hüquqularının qorunmasının, dilinin inkişafının tərəfdarıyam. Çünki öz anasını sevməyən, öz anasının dilini sevməyən, dildəki bayatıları, laylaları sevməyən özgəsinin ana dilinə nəinki hörmət etməz, heç adi kəlməsini qəbul edə bilməz.
Talışlar daim Azəri Türkləriylə çiyin-çiyinə olub. Qızılbaşlar dövründən biz əsrlərlə çiyin-çiyinə vuruşmuşuq, xarici təhlükələrə sinə gərmişik. Osmanlı, kürd, özbək, puştun orduları torpaqlarımızı yağmalayanda Türk və Talış babalarımız bir səngərdə yer alıb, bir süfrədə çörək kəsib. Qarabağda da çoxlu Talış qardaşlarımız şəhid olub. Biz qardaşlığı qanımızla möhkəmlətmişik.
Bu qardaşlıq əsrlərlə davam edib və bundan sonra da davam edəcək.

Комментариев нет:

Отправить комментарий