Страницы

10.07.2018

Tərəf olmazdan qabaq düşünək

Yaşar Qarayev

Bilirəm bu yazdıqlarıma görə kimlərsə tərəfindən qınana bilərəm. Amma bunu etməyə məcburam.
Heyif ki, profilim sındırılıb və bəziləri bir çox məsələlərə olan fikirlərimi bilmədən yalnız bu yazdığıma görə ittihamlarları ilə üzləşə bilərəm - amma olsun...
Biz Yaxın Şərqdə baş verənlərə nəzər bildirdiyimiz halda öz regionumuzda bəsirətli olub kənardan qınanan və sonradan peşman olan tərəf olmamağa çalışmalıyıq...
"Ərəb baharı" başlayanda sosial şəbəkələrdə demək olar hamı regionda böyük dəyişikliklərin başlanmasını bayram edirdi. O zaman ilk olaraq bir neçə nəfərlə bərabər bu proseslərin arxasında məkrli planların olduğunu bildiirənlərdən biri də mən idim.
Bu barədə illər öncə yetərincə məlumatlar və analitik yazılar oxuyub araşdırmışdım.
Hətta dəfələrlə mübahisələr belə qalxırdı ki, Bəşər Əsəd və digərləri kimi avtoritar ve diktat rejimləri nədən dəstəkləyirsiz?
Demək olar mediada (istər televiziya, istərsə də elektron) bir kəlmə belə o regionada baş verənlərin xalq hərəkatları ilə heç bir əlaqəsinin olmadığı barədə yazı getmirdi. Yalnız az sayda sosial şəbəkə istifadəçiləri böyük təzliylər qarşısında addım-addım buna nail ola bildirlər ki, orda beynəlxalq güc mərkəzlərinin stateji hədəfləri həyata keçirilir.
Meydana İŞİD çıxdıqdan sonra belə bunun da avtoritarizmin nəticisi olduğunu bildirirdilər. Sonradan ora ölkəmizdən kütləvi axın olduğu açıqlanmağa başlayanda bir çoxları ayıldı ki, orda heç bir nə dini, nə sosial nə siyasi motiv yoxdur.
Hərçənd prosesləri yönləndirən qüvvələr məhz bu şüarlar altında məsələləri qızışdırmışdılar.
İndi baxın, o ölkələrin adları, yaşayış səviyyələri statistikalarından ümumiyyətlə silinib, xaos, şəxsi qisaslardan tutmuş terror təşkilatlarının lokal və kütləvi hucumlarına kimi heç kəs sığortalanmayıb. İstələn ölkə bəhanə ilə onları raket atəşinə tutur.
İndi keçək özümüzə. Düzdü, Qafqaz nisbətən sabit regiondur-amma və lakin... Buradan İran, Rusiya və Türkiyə kimi ölkələrə qapı açılır. Yəni bu qapı həm o tərəfə, həm də bu tərəfə açılır...
İndi baxın, məgər o dediyimiz güc mərkəzlərinin bizimlə heç bir planı yoxdur məgər? Onların Rusiyanı parçalamaq, Türkiyədəki sabitliyi pozmaq, İrandakı teokratik rejimi çökdürmək planları yoxdur?
Düşünürsüz hər şey bu qədər sadədir ki, onlar nəsə planlasa bunu anlayacaqsız - əziz dostlar))) Onlar o qədər də sadelöhv deyil ki, primitiv şəkildə planlar quralar və bizlər də məsələnin arxasında onların olduğunu görüb deyək bax budur- keçinin quyruğu göründü!..
Birisi çıxıb göyə güllə atıb "Allahu Əkbər" deyen kimi nədən küyə düşüb tərəf olmalıyıq məsələdə? Düşünürsüz bunu Suriyada, İraqda, Liviyada və digərlərində edəndə onlara dəstək verənlər düşünürdülər ki, proseslər belə bitəcək? Nolub axı, nə xəbərdi? Yağ-bal payladılar, siz qaldıq kənarda?! Bəlkə tərəf olmazdan əvvəl bir düşünsəniz kimlərdir sizi irəli vermək istəyənlər?
Açıq profildən yazmağa casarət etməyənlər qapalı profillərdən od püskürürlər. Kimdi bunlar, nə məqsədləri var? Baş verəni bir analiz edin, ona digər bir tərəfdən baxın, müzakirəyə çıxarın. Tez-tələsik nə xəbərdir axı, tərəf olmağa çalışırsız və məsələnin sakitləşməsi əvəzinə qızıdırmağa səy edənlərə dəstək olursuz!
Mən istəməzdim kimlərsə həbsə atılsın, amma baxın, hansı dövlət oturub tamaşa edər ki, kimlərsə bir hadisəni bəhanə edib insanları etirazlara qaldıra? Bu reallıqları biz etiraf etməyə qorxuruq bəzən.
İstəməzim bu məsələyə dini çalar verib bu baş verənin motivi dindarların əli ilə dinin üzərinə yüklənsin.
Bu azmış kimi məsələni qızışdırmaq ümumiyyətlə yolverilməzdir.
Biz bir dindar olaraq həssas durumda hansı mövqede olmağımızı bəsirətlə düzgün müəyyən etməliyik ki, digər zamanlar da bizi ciddi qəbul etsinlər, bizi dinləsinlər hansısa bir məsələ barədə irad bildirəndə bizi ölkəmizə,xalqımıza, dövlətçiliyimizə sadiq biri kimi tanısınlar.
Yoxsa hər məsələdə havaya danışan fürsətçi, məqsədsiz, məramsız boşboğazlara bənzəyəcəyik.

Комментариев нет:

Отправить комментарий