Страницы

13.08.2018

Azərbaycan Avrasiya Hərəkatı tədbir keçirdi

Geopolitoloji münasibətlərin kəskinləşməsi fonunda Azərbaycanın Rusiya ilə yaxınlaşmasına böyük ehtiyac duyulur. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi elan olunub. Bu mənada Azərbaycan Avrasiya Hərəkatı təşkilatı “Günəş şimaldan doğacaq” adlı tədbir keçirib.
Tədbirin əvvəlində Rusiya Federasiyasının dövlət himni səsləndirilib. Böyük Vətən Müharibəsində faşistlərə qarşı döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Avrasiya Hərəkatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel iştirakçıları salamlayaraq, bu qəbildən tədbirlərin Vətənimizin taleyində böyük əhəmiyyət daşıdığını, gənclərimizin düzgün istiqamətlənməsinin günün aktual mövzusu olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən jurnalist Zaur Ağalaroğlu Suriya xalqının İŞİD terrorçularına qarşı mübarizəsində, Şərqdə şiə genosidinin dayandırılmasında Rusiya prezidenti Vladimir Putinin rolu barədə ətraflı məlumat verib.
Keçmiş hərbçi Ziyad Dövlətov Rusiya ordusunun dünyada güclü ordular sırasında yer tutduğunu, xalqımızın düşdüyü ağır vəziyyətdə rus xalqının köməyinə böyük ümid bəslədiyini bildirib.
Filoloq alim İbrahim Fərhadoğlunun Azərbaycan xalqının soykökünün ariya-slavyan soykökü ilə sıx bağlı olması barədə çıxışı böyük maraqla qarşılanıb.
Sonda təşkil edilən bədii hissə tədbirə yüksək patriotik ruhu qatıb. Şair Dədəkişi Solğunun cəmiyyətdəki əyir-əskikliklər barədə satirik şeirləri iştirakçılarda xoş ovqat yaradıb.

Комментариев нет:

Отправить комментарий