Страницы

07.08.2018

Biz həm yerli, həm də xarici kapitalistlərə faiz ödəyirik

Bir bank işçisi yazıb:
"İşdəyəm. Müştəri gəlir. Çarəsizdir. Kredit istəyir. 18 yaşlı oğlunu itirib. Həyat yoldaşını əməliyyata aparmalıdır. Mədəniyyət işçisidir. 220 azn maaş alır. 12 min pul lazımdır deyir. Baxıram, maksimum 5 ilə 3300 azn kredit düşür. İllik 28%-lə kredit verilir. 5 ilə müştərinin itirdiyi faiz 80%-dir. Üstəgəl problemlərin içində batan bu insana verəcək olduğum kredit də çox güman gecikməyə qalacaq. Bu qədər faizə salmaqla müştəriyə kredit verməyim doğrudur ya səhv düşündüyüm zaman onun gözlərinə baxıram. Bir yalvarış var sanki. Nə mümkündür ver deyir. Sonunu düşünmədən deyir. Vəziyyəti izah edirəm. Aldığınız pulun üstünə təxminən bir o qədər də faiz gəlir, bu qədər faizə girməyi məsləhət görmürəm deyirəm. Onu hələ də sevirəm, itirə bilmərəm deyir. İnsanları bu hala salmamalı idilər".
İndi bu bank işçisi vicdanlıdır, şüurludur, bunu yazıb, paylaşıb. Və əminəm ki, Azərbaycanın bank sektorunda onun kimi işçilər var. İşçi sinifi demək - elə bu cür şüurlu işçilər deməkdir.
Bir şeyi əlavə edəcəm. Bizim qərbçi musavatçılar deyirlər ki, Qərbdəki kapitalistlərin banklarında kredit faizi aşağıdır... Onu düz deyirlər, sadəcə əsl səbəbini demirlər, hər şeyi hökumətin üstünə yıxırlar. İş orasındadır ki, Qərbin maliyyə elitası Azərbaycanı faizə otuzdurub. Yənı zəif kapitalist ölkələrdə bankların faizi nisbətən yüksək olacaq. Qərb kapitalizmində işçi faizi təkcə öz kapitalistinə ödəyir. Biz isə həm yerli, həm də xarici kapitalistlərə faiz ödəməliyik.
Azərbaycan xalqı, Azərbaycanın işçi sinifi bu "müstəqillih", "azadlıx" əfsanəsini nə qədər tez çözsə, bir o qədər tez köləlikdən qurtular.

Ekososialist

Комментариев нет:

Отправить комментарий