Страницы

21.08.2018

SİONİST-FAŞİST QARDAŞLIĞI

İbrahim Sel

 1927-ci ildə Ümumdünya Yəhudi Təşkilatının rəhbərlərindən biri Naxum Sokolov İtaliyanın faşist lideri Benito Mussolini ilə görüşdü. “Həqiqi yəhudilər heç vaxt sizə qarşı mübarizə aparmayacaqlar”- sionist lideri diktatora dedi. Bu sözlər yəhudi mətbuatı tərəfindən bütün dünyaya tirajlandı. Ümumdünya Yəhudi Təşkilatının iclasında Sokolov nəinki Mussolinini təriflədi, həm də bildirdi ki, İtaliya faşizmi antisemitizmdən tam azaddır. Bundan sonra İtaliyanın yəhudi mərkəzlərinin hamısı faşizmə dəstək verməyə başladılar. Sionizmin revizionist qolunun İtaliya rəhbəri Leone Karpi 1932-ci ildə bəyan etdi ki, İtaliyada revizionist hərəkatının üzvləri eyni zamanda faşist partiyasının da üzvləridir. Karpi bu sözləri revizionist hərəkatın Vyanada keçirilən Beşinci Dünya Konqresində dedi. Qeyd etmək lazımdır ki, konqresin keçirildiyi zala girərkən Karpi iştirakçıları faşist salamı ilə salamladı. Bu zaman maksimalist fraksiyasından olan sionistlər ayağa qalxaraq onu da eyni cür salamladılar.
 30 yanvar 1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldilər, 21 iyunda isə Almaniyanın Sionist Federasiyası Faşist Partiyasına memorandum göndərdi: “Sionizm hətta o dövlətlərlə əməkdaşlığa hazırdır ki, yəhudilərə düşmən münasibət bəsləyirlər, belə ki yəhudi məsələsi üzərində işdə sentimentallıq yox, real problemlərin bütün xalqların, o cümlədən alman xalqının maraqlarına uyğun olaraq həlli vacibdir”. Həmin müraciətdə sionistlər digər ölkələr tərəfindən Almaniyanın yeni rejiminə tətbiq olanan boykota narazılıqlarını da bildirdilər. Doğrudan da bir neçə aydan sonra Ümumdünya Sionist Təşkilatı Almaniyaya tətbiq olunan boykotun aradan qaldırılması üçün aktiv fəaliyyətə başladı. Ümumdünya Sionist Təşkilatı alman mallarının Şimali Avropa və Yaxın Şərqdə əsas ticarətçisi oldu. Sionistlər alman iqtisadiyyatına yeni nəfəs verdilər.
 Alman jurnalisti Qans Xene yazırdı: “Sionistlər Almaniyada nasistlərin hakimiyyətə gəlməsini milli fəlakət kimi yox, öz niyyətlərini həyata keçirmək üçün unikal imkan kimi qəbul etdilər”. Amerika sionistlərinin lideri İoaxim Prinç nasistlərin hakimiyyətə gəlməsini sevinclə qarşılayaraq deyirdi: “Almaniyada yəhudilərin assimilyasına səbəb olan liberalizmə son qoyulmuşdur”. Amerikan tarixçisi Norman Kantor bildirir: “Jabotinski və Beqin nasistləri alqışlayırdılar. Onlar ümid edirdilər ki, nasistlər Avropa yəhudilərini Fələstinə qovacaqlar”. Tanınmış sionist xadimi, Almaniyanın Yəhudi Mədəni Liqasının rəhbəri Qeorq Kareski nasistlərin 1935-ci ilin sentyabrında qəbul etdikləri irqçi Nürnberq qanunlarını tərifləyir və bildirirdi ki, sionistlər bunu “tam alqışlayırlar”. Dünya Yəhudi Konqresinin prezidenti Stefen Vize isə deyirdi: “Hitler haqlıdır. O yəhudi xalqını irq adlandırır, biz elə irqik”.
 Fələstindəki sionist mətbuatı faşizmi tərifləyən palaz-palaz məqalələr dərc edirdi. Sionizmin vacib fiqurlarından sayılan Jabotinskinin pərəstişkarı, “Doar Xayom” qəzetinin naşiri İtamar Ben-Avi yazırdı: “Jabotinskinin platforması faşist proqramından başqa bir şey deyil”. “Mən niyə faşistəm” adlı məqaləsində Ben-Avi bildirirdi ki, yəhudilərin öz Mussolinisi olmalıdır. Şair Yakov Kaxan yazırdı ki, sionist-revizionistlər hitlerçi olmaları ilə qürur duyurlar. Sionist-revizionistlərin Fələstindəki rəhbəri Abba Aximeirin məqalələri “Faşistin gündəliyi” başlığı altında dərc olunurdu. O Hitlerin hakimiyyətə gəlişini alqışlayırdı və yəhudi kütlələrini “alman şovinist hərəkatından” öyrənməyə çağırırdı. Aximeiri sevindirən o idi ki, nasistlərin hakimiyyətə gəlişi ilə yəhudilərin cəmiyyətə assimilyasının qarşısı alınacaq. Onun fikrincə, qırğınlar yəhudiləri “haqq yoluna qaytaracaq”. Fələstindəki aktiv sionistlərdən digəri Yexoşua-Xeşel Eyvin isə alman nasizmini tərifləyərək yazırdı ki, nasizm varvarlığa qayıdış deyil, internasional ideallardan qurtuluş və millilik ideyasına qayıdışdır. Fələstin sionistləri Hitlerin qələbəsindən ruhlanmışdılar və onların arasında faşistyönümlü əhval-ruhiyyə hökm sürürdü. 22 mart 1933-cü ildə revizionist-sionistlər bu əhval-ruhiyyənin ifadəsi olan Lodz manifesti dərc etdilər. Üç gün sonra isə sionistlərin “Xazit xa-am” qəzeti nasizmi açıq şəkildə dəstəklədi. Qəzet yazırdı: “Sosialistlər və kommunistlər elə fikirləşirlər ki, Hitler hərəkatı boş qabıqdır, amma biz fikirləşirik ki, onun forma və məzmunu var. Antisemit forma atılmalıdır, antimarksist forma isə saxlanmalıdır”. “İrqun” terror təşkilatının rəhbərlərindən biri Abram Ştern belə hesab edirdi ki, yəhudilərin yeganə xilası sionizmin faşizm formasını yaratmaqdan keçir. Ərəblərə qarşı terror aktlarının başında duran Ştern deyirdi ki, sionistlər qələbə çalmaq üçün həm Hitler ilə, həm də Mussolini ilə müttəfiq olmalıdırlar. Amerikan tədqiqatçısı Lenni Brenner yazır: “Sionistlər fikirləşirdilər ki, əgər onlar da rasistdilərsə, qarışıq nigahlara qarşıdırlarsa, yəhudiləri Almaniyada artıq hesab edirək Fələstinə köçmələrini vacib bilirlərsə, o cümlədən solçulara qarşıdırlarsa, onda bu eyniliklər Hitlerə onların timsalında “sədaqətli müttəfiq” görməyə kifayət edər”.
 Hələ 1920-ci illərdən Almaniyanın Faşist Partiyasının mətbu orqanı “Volkişer beobaxter” qəzetində yəhudilərin Fələstinə emiqrasiyası ilə bağlı sionist planını dəstəkləyən məqalələr dərc olunurdu. 1934-cü ildə alman kəşfiyyatının yəhudi şöbəsinin rəhbəri baron Leopold fon Mildenştayn Almaniya Sionist Federasiyasının rəhbərlərindən olan Kurt Tuxler ilə birlikdə “sionist inkişafın imkanlarını” öyrənmək üçün Fələstinə altı aylıq səfərə çıxdı. Qayıtdıqdan sonra fon Mildenştayn öz təəssüratları ilə bağlı 12 məqalə yazdı və bu məqalələr silsilə şəklində nasistlərin aqitasiya qəzeti “Der Anqriff”də dərc olundu. Yəhudilərin Fələstində məskunlaşmasından məftunluğunu bildirən baron yazırdı ki, “sionizmə hər cür dəstək vermək lazımdır, belə ki bu həm yəhudi xalqı üçün, həm də bütün dünya üçün xeyirlidir”. Onun fikrincə, almanlar “sionizmin yaratdığı yeni yəhudini başa düşməli və qəbul etməlidirlər”. Həmin səfərdən sonra nasistlər bir üzünə faşist svastikası, digər üzünə altıguşəli Davud ulduzu vurulmuş medal buraxdılar.
 1935-ci ildə SS-çilərin “Das şvarçe korps” rəsmi qəzeti sionizmi tam dəstəklədiklərini elan etdi. Hitler məmurları sionistlərin Fələstindəki kolonizasiya planlarına xeyir-dua verdilər. Gestaponun hesabatında göstərilirdi ki, sionistlərlə əməkaşlıq ideoloji platformaların oxşarlığına görə realdır. Belə ki həm nasistlərə, həm də sionistlərə ifrat millətçi-şovinizm, o cümlədən açıq antikommunizm xas idi. Gestaponun analizinə görə, bu iki xüsusiyyət sionistlərlə işbirliyinə getməyə kifayət edir. Faşistlərin sionistlərə verdiyi “Qoqenştayn” gəmisi sionist-nasist dostluğunun simvoluna çevrildi. Bu gəmi 1935-ci ildə göyərtəsində yəhudi kolonistlərlə dolu Bremerqrafdan Hayfaya gələndə üstünə yeni adı- “Tel-Əviv” yazılmışdı. Svastika bayrağı asılmış gəminin kapitanı faşist partiyasının köhnə üzvü Leydiq idi.
 İsrail ordusunun sələfi olan “Xaqana” yəhudi hərbi təşkilatı alman kəşfiyyatı ilə sıx əlaqə saxlayırdı. Həmin təşkilatın rəhbərlərindən biri İsrailin gələcək baş naziri Levi Eşkol olmuşdur. 1937-ci ilin oktyabrında Gestaponun yüksək rütbəli məmurları Adolf Eyxman və Herbert Haqen sionistlərlə “işçi əlaqələrin möhkəmləndirilməsi” məqsədilə Fələstinə yollandılar. Onlar Qahirənin “Qroppi” kafesində “Xaqana” hərbi təşkilatının nümayəndəsi Feyfel Polkes ilə görüşdülər. Polkes alman zabitlərinə dedi: “Yəhudi millətçi dairələri Almaniyanın radikal siyasətindən tam razıdırlar”. Eyxman və Haqenin Gestapoya yazdıqları məruzədə göstərilir ki, Polkes onlara vacib kəşfiyyat məlumatları da vermişdir. Polkesin alman zabitlərinə satdığı informasiyalardan biri ondan ibarət olmuşdur ki, Almaniyaya köklənmiş xüsusi güclü siqnala malik qeyri-leqal kommunist radiostansiyaları yük maşınlarına quraşdırılmışdır və bu maşınlar müəyyən zamanlarda Almaniya sərhədi yaxınlığında hərəkət edərək verilişin ölkəyə ötürülməsini təmin edirlər. Məruzədə göstərilir ki, “Xaqana” nümayəndəsi Fələstində yəhudi dövlətinin qurulmasına dəstək müqabilində digər işlərlə yanaşı alman kəşfiyyatına lazım olan informasiyaların ötürülməsini də öz üzərinə götürür. Burada sionistlərin yəhudi xalqını permanent satmasının daha bir aspekti ortalığa çıxır.
 Alman faşistləri 1940-cı ilin payızında baş qərargahı Ankarada olan, Beyrut və Dəməşqdə şöbələrə malik “Yaxın Şərq Hərbi Təşkilatı” adlı böyük hərbi-siyasi mərkəz yaratdılar. 1941-ci ilin yanvarında bu təşkilatın yəhudi agenturasının formalaşdırılması üçün alman kəşfiyyatının zabiti R.Rozen və xarici işlər nazirliyinin şöbə müdiri Otto fon Qentiq Beyruta gəldilər. Onlar ərəb kəndlərini terror edən yəhudi silahlı dəstələri ilə görüşlər keçirdilər. Rəhbərlərindən birinin İsrailin gələcək baş naziri İsxak Şamir olduğu “Lexi” hərbi təşkilatı Beyrutdakı alman diplomatlarına müraciət ünvanladı və Almaniya ilə birgə hərbi-siyasi alyans qurmaq istədiklərini bəyan etdi: “Yeni Avropa Nizamında ümumi maraqlar mövcuddur. Yeni Almaniya və yeniləşmiş milli yəhudilik arasında kooperasiya vacibdir”. Rəhbəri İsrailin gələcək baş naziri Menaxem Beqin olan “İrqun” hərbi təşkilatının imzaladığı “Avropada yəhudi məsələsinin həlli və yəhudilərin müharibədə Almaniyanın tərəfində iştirakı ilə bağlı təklif” adlı sənəddə isə deyilirdi: “Alman reyxinin və onun hökumətinin Almaniya daxilində sionist fəaliyyətinə və emiqrasiyanın sionist planlarına münasibətdə xoş məramı “İrqun” milli hərbi təşkilatına yaxşı məlumdur. “İrqun” təşkilatı müharibədə Almaniyanın tərəfində aktiv iştirak etməyə hazırdır”. Bundan sonra yəhudi silahlı təşkilatları Fələstində Almaniyanın xeyrinə terror aksiyaları keçirməyə başladılar. 1944-cü ilin avqustunda Menaxem Beqinin əmri ilə Yerussəlimdə “Çar David” oteli partladıldı, bu terror aktı nəticəsində içində qadın və uşaqlar da olmaqla 91 nəfər öldü, 45 nəfər yaralandı. 1944-cü ilin noyabrında isə İsxak Şamirin əmri ilə Qahirədə İngiltərənin Yaxın Şərqdəki nazir-rezidenti lord Moyn öldürüldü. Bu xəbəri alman faşistləri böyük şadyanlıqla qarşıladılar.
 Tarix elmləri namizədi, akademik Qriqori Bondarevski yazır: “Sionist rəhbərləri 1930-cu illərdə Hitlerlə sövdələşməyə girməklə Almaniyadakı və Qərbi Avropadakı antifaşist qüvvələrin birliyinə böyük zərbə vurdular, eyni zamanda faşistlərin İkinci Dünya Müharibəsinə başlamalarını və genosidin qanlı dəhşətlərini realizasiya etmələrini yüngülləşdirdilər”. Bir çox sionistlərin Hitlerə subyektiv nifrətinə baxmayaraq, obyektivdə onlar Hitlerin tərəfini tutdular. İkinci Dünya Müharibəsi ərəfəsində əsas məsələlərdə sionistlərin faşistlərlə heç bir fikir ayrılığı olmadı. Onların sevişməsi bütün müharibə boyu davam etdi. Həlledici momentlərdə faşistlər və Ümumdünya Sionist Təşkilatı arasında əməkdaşlıq daim qabarıqlığı ilə özünü biruzə verdi.
 1941-ci ilin yanvarında alman ordusu Moskva yaxınlığında məğlubiyyətə uğrayanda sionistlərin “Lexi” hərbi təşkilatı nasistlərə öz köməyini təklif etdi. Təşkilat bəyan etdi ki, əgər nasistlər Fələstini əldə etməyə kömək göstərərlərsə, onda yəhudi hərbi dəstələri də Şərq cəbhəsinə gəlib Sovet ordusu ilə vuruşarlar. “Lexi” üzvləri nasistlərin Varşavada qurduqları gettolarla qürur duyurdular və deyirdilər ki, bunlar gələcək İsrail dövlətindəki yəhudi cəmiyyətinin kiçik modelləridir. Fələstin sionistləri Rusiya yəhudilərinə böyük ümidlər bağlayırdılar; onların fikrincə Hitler Rusiyanı tutduqdan sonra burdakı yəhudiləri Fələstinə qovacaqdı- Rusiyadakı yəhudilər isə savadlı və assimilyasiyaya az uğramış olduqlarından İsrailin qurulmasına dəyərli töhfələr verəcəkdilər.
 1942-ci ilin əvvəlində Sovet dövləti bəyanat verərək dünya ictimaiyyətinin nəzərinə alman faşistlərinin dinc sakinlərə qarşı törətdikləri cinayətlərin miqyasını çatdırmağa çalışdı. SSRİ xarici işlər nazirliyinin 6 yanvar 1942-ci il tarixli nota sənədində “alman hakimlərinin tutulmuş ərazilərdə hərtərəfli soyğunçuluqları və müdhiş vəhşilikləri” bərədə məlumat verilir, “işalçıların həyata keçirdikləri dəhşətli qırğın və talanlardan” söz açılırdı. Maraqlıdır ki, Ümumdünya Sionist Təşkilatı dərhal bəyanat verərək bu notanı “bolşevik təbliğatı” adlandırdı! 27 aprel 1942-ci ildə SSRİ xarici işlər nazirliyi nota verərək faşistlərin çoxsaylı vəhşiliklərini sadaladı. Notada göstərilirdi ki, “hitlerçilərin dinc sakinlər üzərində əməlləri insanlıq tarixinin ən qanlı səhifələrini kölgədə buraxmışdır”. Sionist liderləri yenidən öz təşkilatları adından reaksiya verərək bu məlumatların həqiqiliyini şübhə altına aldılar. Yəhudi Agentliyi bəyanat verərək bildirdi ki, Sovet məlumatları “həqiqətə uyğun olmayan uydurmalardan” başqa bir şey deyil. 19 dekabr 1942-ci ildə Sovet dövləti “Hitler hakimiyyəti tərəfindən Avropanın yəhudi əhalisinin məhvi planının həyata keçirilməsi” adlı rəsmi sənəd dərc etdi. Beynəlxalq yəhudi təşkilatları yenidən reaksiya verərək Hitler cinayətlərinin real miqyasının beynəlxalq ictimaiyyətə çatdırılmasına mane olmağa çalışdılar. Həmin dövrdə faşistlərin törətdikləri cinayətləri ört-basdır ermək sionistlərin xeyrinə idi.
 İsrail hökumətində yüksək postlar tutmuş “Xaqana” hərbi təşkilatının keçmiş komandiri Xaim Landau 1996-cı ildə mətbuata etiraf etmişdi ki, “Yəhudi Agentliyi 1942-ci ildə nəinki yəhudilərin məhv ediləcəyini bilirdi və susurdu, hətta bu barədə bilənləri də susmağa məcbur edirdi”. Ümumdünya Sionist Təşkilatının rəhbərlərindən biri 18 fevral 1943-cü ildə keçirilən iclasda belə demişdi: “Sionizm hər şeydən üstündür- bunu yəhudilərin kütləvi məhvi bizim diqqətimizi sionist mübazirəsindən yayındırdığı bütün zamanlarda bəyan etmək lazımdır”.
 1944-cü ildə Sovet qoşunlarının zərbələri nəticəsində Hitler ordusu tab gətirməyərək geri çəkilərkən də sionistlər öz köməklərini təklif etdilər. Qoşunların təcili yerdəyişməsi və cəbhənin dişbatan yerlərinə konsentrasiya olunması üçün alman komandanlığına minlərlə yük maşını lazım idi. Nasistlərlə əməkdaşlıq edən Macarıstan sionistlərinin lideri Coel Brand bu işlə bağlı təcili Konstantinopola gedib içlərində İsrailin gələcək prezidenti Xaim Veysmanın da olduğu Yəhudi Agentliyinin rəhbərliyi ilə görüşdü. Yəhudi Agentliyinin rəhbərliyi tərəddüd etmədən ABŞ və İngiltərədən 10 min yük maşını alıb alman ordusuna göndərəcəklərini bildirdilər. Sionistlər həmişə Sovet İttifaqını və onun ordusunu özlərinin qatı düşmənləri kimi görürdülər. Lakin Brandın Hələbdə ingilislər tərəfindən həbs olunması bu işi yarımçıq qoydu. Müharibədən sonra bir sıra yəhudi təşkilatları Brandı satqınçılıqda günahlandırdılar. 1964-cü ildə, ölümünə az qalmış o belə bir etiraf etdi: “Mən milyona yaxın insanın taleyinə görə cavabdehlik daşıyırdım. Mən gecə və gündüz onlar haqqında düşünürəm, özümü bağışlaya bilmirəm”.
 Akademik Qriqori Bondarevski yazır: “Sionistlərin ilk məqsədi- Almaniyada sayı 500 minə yaxın olan yəhudilər üzərində nəzarəti ələ almaq idi. Məsələ burasındadır ki, Hitler hakimiyyətə gələnə kimi sionistləri yəhudilərin cəmi 3 faizi dəstəkləyirdi. Sionistlərin və nasistlərin sövdələşməsi nəticəsində 1930-cu illərin ortalarında Almaniyada sionist olmayan yəhudi təşkilatların hamısı darmadağın edildi. Bircə “Almaniyanın Sionist Birliyi” saxlanıldı ki, reorqanizasiya nəticəsində “Almaniya Yəhudilərinin İmperiya Birliyi” adlandı. Sionistlərin “Yudişe rundşau” qəzetindən başqa yəhudilərin bütün qəzet və jurnalları bağlandı. Bu həmin qəzetdir ki, 1 aprel 1933-cü ildə bütün ölkə boyu keçirilən qanlı qırğını “yəhudi oyanışı və yəhudi renessansı günü” adlandırmışdı. Bir faktı da xatırlatmaq yerinə düşərdi. ABŞ-ın proqressiv yəhudi təşkilatları 27 mart 1933-cü ildə Nyu-Yorkda böyük antifaşist nümayişi keçirmək istəyəndə Almaniya sionistləri Gerinq ilə gizli görüş keçirərək Ümumdünya Sionist Təşkilatının kanallarından istifadə etməklə bu nümayişi pozmağa çalışdılar. Sionistlərin ikinci məqsədi Almaniyanın varlı yəhudi burjuasiyasının kapitalını ölkədən çıxararaq Fələstindəki sionist müəssisələrinə investisiya etmək idi. 1933-cü ildə Yəhudi Agentliyinə məxsus İngiltərə-Fələstin Bankı ilə nasist Almaniyasının İqtisadiyyat Nazirliyi arasında gizli saziş başlandı. Sionistlər bu sazişə qədim yəhudi dilində xaavara- sövdələşmə deyirdilər. Sazişə əsasən Fələstinə yollanan yəhudilər iki alman bankındakı xüsusi hesaba pul köçürürdülər. Həmin pula Fələstinə alman malları göndərilirdi. Pulun bir hissəsi Fələstinə gəlmiş immiqrantlara verilirdi, yarısı isə nasistlərin ciblərinə çökürdü. 5 il ərzində- 1933-cü ildən 1938-ci ilə kimi sionistlər Fələstinə 40 milyon dollardan çox pul yatırmağa müvəffəq oldular ki, həmin dörv üçün çox böyük məbləğdir. Bu yolla nasist Almaniyasının köməyi sayəsində gələcək İsrailin iqtisadi fundamenti qoyuldu. Sionistlərin güddüyü üçüncü məqsəd isə nasist Almaniyası ilə sövdələşməyə getməklə nasistlərin irqçi siyasətindən Fələstinə genişmasştablı emiqrasiyanın təşkili üçün istifadə etmək idi. Bunun üçün Himmlerin nazirliyi ilə bir neçə xüsusi gizli müqavilə bağlandı. Həmin müqavilələr əsasında göndəriləcək emiqrantlar saf-çürük edildi, gənclər arasında sistematik ideoloji iş aparıldı və göndəriləcək yəhudilərə gestaponun rəhbərliyi altında xüsusu bazalarda hərbi-idman təlimləri keçirildi”.
 1930-cu illərdə Almaniyanın yəhudi diasporu iki hissəyə bölünmüşdü. Bir hissəsi Fələstinin od tutub yanan səhrasına getməyi nəinki istəmir, heç bu barədə düşünmürdülər də, digər hissəsi isə “tarixi vətənə” qayıtmaq tərəfdarı idilər. Gestaponun “düşünən beyni” sayılan Adolf Eyxman gestapoçulara mühazirələrində birinciləri assimilyant-ortodoks, ikinciləri isə idealist-sionist adlandırırdı. Gestapo birincilərə nifrət edir, ikincilərə isə dəstək verirdi. Gestapo imkanlı yəhudi ailələrini və sionist təşkilatının üzvləri olan gəncləri Fələstinə yola salır, Fələstinə “xor baxan” assimilyant kasıb zümrəni isə gettolara doldururdu. Nasist kəşfiyyatının rəhbəri Reynxardt Qeydrix 1935-ci ildə yazdığı məqalədə bildirirdi ki, assimilyant yəhudilərdən fərqli olaraq sionist yəhudilər də bizim kimi ciddi irqi pozisiyada dayanırlar, Fələstinə emiqrasiya etməklə onlar yəhudi milli dövlətinin yaradılmasına kömək edirlər, odur ki biz sionistlərə dəstək verməliyik. Reynxard sionistlərə münasibətdə alman dövlətinin “xoşməramlı rəsmi mövqeyini və xeyirxah niyyətlərini” ifadə edirdi. Gestapo məmuru Adolf Eyxman mühakimə olunarkən öz izahatlarında açıq-aşkar bildirmişdi ki, biz yəhudi həmkarlar ittifaqlarının rəhbəri ilə tam razılığa gəlmişdik: sionist təfəkkürlü yəhudiləri Fələstinə buraxacayıq, assimilyasiya olunmuşları isə konslagerlərə dolduracayıq. Sionist liderləri demişdilər ki, bizə yalnız ərəblərlə vuruşa biləcək sağlam gəncliyi verin, qalanlarını isə götürə bilərsiz. Sionist liderlər assimilyasiya olunmuş yəhudiləri həqarətlə “qurumuş budaq” adlandırırdılar, çünki onlar “hər hansı yəhudi ideologiyasından məhrum idilər”.
 Sionizmlə nasizmin əməkdaşlığı- təkzibolunmaz faktdır. Qeyd etmək lazımdır ki, 1930-cu illərdə Almaniyada sionist təbliğatı sönmək əvəzinə öz aktivliyini daha da gücləndirmişdi. Sionist fondları əvvəl aldıqlarından 3 dəfə çox maliyyə almağa başlamışdılar, sionistlərin “Yudişe rundşau” qəzetinin tirajı 5 mindən 40 minə qalxmışdı. Nürnberq qanunlarından biri ondan ibarət idi ki, Almaniyada svastikalı faşist bayrağından və ağ-göy rəngli sionist bayrağından başqa bütün bayraqlar qadağan olunurdu. Yəhudilərin həyatının total təhlükə altına alındığı bir zamanda Berlin küçələrində sionistlərin “Yudişe rundşau” qəzeti azad satılırdı və yəhudilərin mitinqlərində gələcək İsrailin bayrağı svastikalı bayraqla yanaşı dalğalanırdı. Almaniyada bütün yəhudi təşkilatları qadağan olduğu halda sionistlərin “Beytar” hərbi təşkilatı azad fəaliyyət göstərirdi. “Beytar” təşkilatının millətçiliyi İngiltərəyə, solçulara və ərəblərə qarşı yönəlsə də, almanlara toxunmurdu. Gənc sionistlər sərbəst şəkildə mitinqlər, konfranslar keçirir, yay düşərgələrinə yığışır, idman tədbirləri təşkil edir, kənd təsərrüfatı bacarıqlarını öyrədən dərslərə qatılırdılar. Almaniyada sionistlərə həm öz formalarını geyinməyə, həm də millətçi ədəbiyyatlarını çap edib yaymağa icazə verilmişdi. Mahiyyətinə görə “Beytar” publisistikası gənc nasist ədəbiyyatı üslubunda idi.
 SS-çilər Fələstindən gələn emissarları qarşılayaraq dəstək verir, Fələstinə göndəriləcək emiqrantlara hərbi düşərgələrdə təlim keçirdilər. Bir çox xristian monastırlarını boşaltmışdılar və gənc yəhudilərə həmin monastırların həyətində kənd təsərrüfatı bacarıqları öyrədirdilər. Nasistlər Fələstinə göndərilən emiqrantları yol boyu müşayiət edirdilər ki, sərhəddə onlara problem yaranmasın. Xolokostun tədqiqatçıları Con və Devid Kimçi qardaşlarının yazdığı kimi, bu olayların əsas fiqurları tam anlaşmaya gəlmişdilər. Nasistlər və sionistlər yəhudilərin Fələstinə köçürülməsi işində çiyin-çiyinə vermişdilər. Hitler “yəhudi məsələsinin yekun həllini” əmr verəndə artıq Qərbi Avropadan sionist yəhudilər yola salınmışdı, bircə assimilyant-ortodokslar qalmışdı. Əsas məsələ yaranacaq İsrail dövləti üçün “sanballı material” seçib göndərmək idi, yerdə qalan “kül” onları maraqlandırmırdı.
 Fələstindən təşrif buyurmuş emissarlar nasist zabitlərin müşayiəti ilə konslager məhbusları arasından “gənc yəhudi pionerlərini” seçib “ana vətənə” aparırdılar. Nasistlərlə sionistlər əl-ələ verib yaranacaq İsraili formalaşdırırdılar. Yəhudi tarixçisi Xanna Arendt yəhudi liderlərinin öz xalqlarının məhvindəki rolunu “miskin tarixin ən miskin fəsli” adlandıraraq yazır: “Berlində, Amsterdamda, Varşavada, Buxarestdə yəhudi funksionerləri özləri yəhudilərin siyahılarını və ünvanlarını çıxarıb nasistlərə verirdilər və deportasiyaya kömək edirdilər. Həbs düşərgələrində yəhudi zonderkomandaları işləyirdilər. Yəhudi “avtonomiyası” o həddə gəlib çıxdı ki, özü öz xalqının cəlladı oldu”.
 Almaniya Sionist Federasiyasının rəhbərlərindən biri Qans Fridental müharibədən sonra verdiyi müsahibə deyirdi: “Gestapo yəhudilərin Fələstinə emiqrasiyasını təmin etmək üçün əlindən gələni edirdi. Biz lazım olan dəstəyi onlardan tez-tez alırdıq”. Gestapo məmuru Eyxman mühakimə olunarkən bildirmişdi ki, o sionist lideri Rudolf Kastner ilə birgə imkanlı yəhudilərin və sionist təşkilatı üzvü olan gənclərin Fələstinə göndərişini həyata keçirirdi- gestapoçilar və sionistlər belələrini İsrail üçün “ən yaxşı bioloji material” adlandırırdılar. Müharibəyə kimi Almaniyada 500 minə kimi yəhudi yaşayırdı, onun 300 mini rahat çıxıb getmişdi. Gettolarda Yudenratlar- yəhudi şuraları fəaliyyət göstərirdi ki, hansı yəhudilərin Fələstinə, hansıların həbsxanalara göndərilməsini onlar həll edirdi. Gettolarda nizam-intizamı yəhudi polisləri özləri qoruyurdular. Fələstinə köçənlərin yerbəyer olması üçün hər cür şərait yaradılmışdı. Ayaq altında qalanlar isə azsaylı imkansız yəhudilər olmuşdu. Ən çox Polşa və SSRİ yəhudiləri ziyan görmüşdülər, çünki ən çox onlar assimilyasiya olunmuşdular, yəhudi təfəkkürünü itirmişdilər, bu səbəbdən sionist ağalar onları yeni yaradılmış İsrail dövləti üçün məqbul görmürdilər.
 Yəhudilərin təqibinin qızğın çağında Berlində Fələstin Ofisi rahat işləyirdi. İdarəçilərindən birinin İsrailin gələcək baş naziri Levi Eşkol olduğu ofis yəhudiləri çeşidləməklə məşğul idi: kimin Fələstinə, kimin konslagerə gedəcəyi burda müəyyənləşirdi. Con və Devid Kimçi qardaşları “Gizli yollar” kitabında göstərirlər ki, Fələstindən gəlmiş emissarlar alman yəhudilərini xilas etmək üçün yox, onların içindən atıb vuran yəhudiləri seçib aparmaq üçün gəlirdilər. “Pioner” adı qoyduqları bu qrup sionistlərə ərəblərlə vuruşmaq üçün lazım idi. Qans Xene sənədlər əsasında göstərir ki, alman kəşfiyyatı Fələstinə göndərilən yəhudilərə müxtəlif bacarıqlar öyrədilməsi üçün təlim bazaları yaratmışdı. Alman kəşfiyyatının yəhudi şöbəsinin rəhbəri fon Mildenştayn sionist təşkilatlarının bu sahədəki fəaliyyətinə xüsusi qayğı ilə yanaşırdı.
 Yəhudi ictimai-siyasi xadimi Marek Edelmanın etiraf etdiyi kimi, yəhudilər Fələstinə “orada yəhudi milli ocağınının yaradılması kimi xüsusi məqsədlə yox, həyatlarını xilas etmək üçün gedirdilər”. Fələstindəki “Xaqana” hərbi təşkilatının nümayəndəsi Polkes alman zabitləri ilə görüşündə onlara demişdi: “Sizin səyləriniz nəticəsində Fələstinin yəhudi əhalisi o qədər artmışdır ki, bundan sonra Fələstində ərəblər yox, yəhudilər çoxluq təşkil edəcəklər”. Doğrudan da, 1933-cü ildə yəhudi əhalisi Fələstinin cəmi 20 faizini- 283 min nəfəri təşkil edirdisə, 1936-cı ildə artaraq 404 minə qalxmışdı. Tarix elmləri namizədi David Soyfer bildirir ki, bu işə görə sionist təşkilatları Hitlerə 126 milyon dollar zəhməthaqqı vermişdilər- o dövr üçün nəhəng məbləğdir. Sionizmin tarixçisi Lionel Dadiani eyni fikri təsdiqləyərək yazır ki, Hitler hakimiyyətə gələn kimi “sionistlər hitlerçilərlə Almaniyadan Fələstinə mal formasında yəhudilərin göndərilməsi barədə müqavilə bağlamışdılar”. Hitler yəhudiləri Fələstinə köçürməklə sadəcə sionistlərin sifarişini yerinə yetirmişdi. Misir Milli Assambleyasının iclasında Hüseyn Zülfiqar Zabri maraqlı bir fikir söyləmişdi: “Hitler yəhudilərin öz məqsədlərinə çatmalarına- İsrail dövləti yaratmalarına kömək edəcək cinayətlərə sürüklənərək sionist fitnəsinin qurbanı olmuşdur”.
 Təsadüfi deyil ki, amerikan ravvini M.Şonfeld 1977-ci ildə Nyu-Yorkda çıxmış “Xolokost qurbanları ittiham edir: Yəhudi hərbi cinayətkarları haqqında sənəd və şahidliklər” kitabında Ümumdünya Sionist Təşkilatına rəhbərlik etmiş, Fələstində Yəhudi Agentliyinin başçısı olmuş, sonra isə İsrailin ilk prezidenti seçilmiş Xaim Veysmanı İkinci Dünya Müharibəsi dövrünün ən əsas hərbi cinayətkarlarından biri kimi xarakterizə edir. O Xaim Veysmanı ki, Qolda Meir onu “İudey Çarı”, “sionizmin canlı təcəssümü” adlandırır. Xaim Veysman 1937-ci ildə açıq-aşkar demişdi: “Sual olunur ki, 6 milyon yəhudini Fələstinə köçürə bilərikmi? Mən deyirəm ki, yox. Faciəli uçurumdan biz yalnız 2 milyon gənci xilas edəcəyik. Qocalar isə itməlidirlər. Onlar küldürlər, qəddar dünyanın iqtisadi və mənəvi külü... Yalnız gənc qol-budaq yaşayacaq”. İsrailin az qala milli qəhrəmanına çevrilmiş bu seleksiyaçıya alman konslagerlərində saxlanılan yəhudiləri pulla almaq təklif olunanda demişdi: “Fələstindəki bir inək Avropakı bütün yəhudilərdən daha qiymətlidir”. Sionist liderlərinin 1943-cü ildə keçirilən iclasında tanınmış sionist xadimi, İsrailin gələcək daxili işlər naziri İsxak Qrinbaum tələb qoymuşdu ki, yəhudiləri təqibdən qurtarmaq üçün qara qəpik də xərclənməsin və onların xilası üçün vəsait yığılması qadağan edilsin. Onun sözləri: “Deyə bilərlər ki, mən antisemitəm, diasporu xilas etmək istəmirəm, mənim “odlu iudaist qəlbim” yoxdur... Qoy nə istəyirlər desinlər. Avropa yəhudilərinə kömək üçün pul ayrılmayacaq. Düşünürəm ki, kim belə şeyləri tələb edir, sionizmə qarşı çıxmış olur”. Maraqlıdır ki, elə həmin iclasdaca İsxak Qrinbaum “Avropa yəhudilərinin xilası naziri” seçilmişdi.
 Faşist Almaniyasının məğlubiyyətindən 20 il sonra sionizmin tanınmış xadimlərindən biri Eliezar Livne maraqlı açıqlama vermişdi: “Əgər biz əsas vəzifəmizi maksimal sayda yəhudinin xilasında görsəydik, onda bizə partizanlarla əməkdaşlıq etmək lazım idi. Partizan bazaları Polşada, Litvada, Rusiyanın nasistlər tərəfindən işğal edilmiş rayonlarında, Yuqoslaviyada, Slovakiyada vardı. Əgər bizim əsas məqsədimiz yəhudilərin likvidasiyasına maneəçilik olsaydı və biz partizan bazaları ilə əlaqəyə girsəydik, onda biz çoxlarını xilas edə bilərdik”. O cümlədən, əgər nasistlər yəhudiləri total məhv etmək istəsəydilər, Afrikada yerləşən general-feldmarşal Rommelin korpusunu Fələstinə yeridərdilər və bu işi kökündən həll edərdilər. Amma İsrailə bircə dənə də olsun alman bombası düşmədi. Əksinə, Fələstindəki ərəb kəndlərinə hücum edən yəhudi dəstələri alman avtomatları ilə təhciz olunmuşdular. İsrail yarandığı ərəfələrdə bütün ölkə ərazisi üstünə “Almaniyada istehsal olunmuşdur” yazılmış mallarla dolu idi. Nasistlərin əsl məqsədi yəhudilərin məhvi deyildi. Almaniyanın Yəhudi İcmasının prezidenti Qans Lammın göstərdiyi kimi, “nasional-sosialistlər özlərinin yəhudilərlə bağlı siyasətlərinin ilkin mərhələsində sionist yanaşmasını əsas götürmüşdülər”.
 Hitlerin hakimiyyətə gəlişi sionistlərə öz planlarını həyata keçirmək unikal tarixi imkan vermişdi və onlar bu imkanı qaçırmamışdılar. Hitler proyekti sionistlərin ən vacib məqsədlərinə yaramışdı: Avropa yəhudilərinin assimilyasiyası probleminin qarşısı alınmış, təzyiqlər nəticəsində onların arasında birlik və yəhudilik fikrinin mobilizasiyası hissləri baş qaldırmış, millətçilik və “ana vətənə” bağlılıq güclənmişdi. Yəhudi maliyyə akulası Rotşildin alman nasistlərinə köməyi də Fələstində yəhudi dövlətinin yaradılmasına fürerin verdiyi töhfələrə görə idi. Məhz Hitlerin sayəsində sionistlər yəhudiləri Avropadan zor-xoş yeni yaratdıqları dövlətin ərazisinə köçürə bilmişlər. Faşistlər yəhudiləri gəmilərə dolduraraq Fələstinə göndərirdilər, Fələstində isə sionistlər onları qarşılayaraq yerbəyer edirdilər. İsrail məhz Hitlerin sayəsində ərsəyə gəlmişdir.
 Hitlerlə əməkdaşlıq etməklə, nasistlərin cinayətlərinə şərik olmaqla sionistlər özləri üçün nəhəng siyasi kapital əldə etdilər. Amma indi həmin sionistlər özlərinin yəhudi xalqının müdafiəçiləri və xeyir mələkləri olduqlarını barbar bağırmaqdadırlar. Tədqiqatçı Lenni Brenner yazır: “Sionistlərin faşistlərlə əlbirliyinin mirası və onun özülünə oturuşmuş fəlsəfə müasir İsraildə indi də yaşamaqdadır”. Təsadüfi deyil ki, özlərini Hitlerə müttəfiq kimi təklif edən Fələstindəki terror dəstələri rəhbərlərinin hamısı İsrail yarananda mühüm dövlət postlarına oturdular. Bunun nəticəsidir ki, siono-faşizm İsraildə get-gedə daha şiddətli forma alır, hakimiyyətdəki sionistlər yəhudi xalqını öz faşist təbliğatları ilə zəhərləməkdə davam edir, Fələstin xalqına qarşı köhnə müttəfiqləri Hitlerin reseptlərini işə salır və regionu qana çalxalayırlar.
 Sionistlər hesab edirdilər ki, nasional-sosialistlər də irq və milliyyəti hər şeydən üstün tuturlarsa, deməli onlar arasında hökmən ümumi körpülər olmalıdır. Amerikan icmalçısı Morris Koqenin deyir ki, sionistlər də nasistlərin ideoloji görüşlərini bölüşürlər, sadəcə nasistlərdə əsas yerdə tevton durur, sionistlərdə isə bu “təmiz və ali irqin nümayəndəsi” olan yəhudidir. Hər iki ideologiyada yer almış irqçi təmizlik tələbi sionizm və faşizmi eyniləşdirir və yaxınlaşdırır. İqrçi əsas sionist və nasistləri qardaşlaşdırır. Hitler elə öz irqçi təfəkkürünü iudaizm və sionizmdən götürmüşdü. O “yəhudi irqinin min illər boyu öz təmizliyini saxlamasını” yüksək qiymətləndirirdi. Hitlerin yaxın adamı Otto Vaqener onun bu sözlərini xatırlayır: “Biz yəhudilərin öz irqlərini qoruyub saxlamaqda qeyri-adi güclərini heyranlıqla etiraf etməliyik”.
 Tanınmış rusiyalı politoloq, publisist, pedoqoji elmlər namizədi, Hərbi Akademiyanın müəlliməsi Tatyana Qraçeva yazır: “Sionizm və nasizm üzdə bir-birinə qarşı dursalar da, əslində eyni tamı əhatə edirlər. Faşizm və sionizm fiziki və siyasi cəhətcə bir-biri ilə düşmən olsalar da, mənəvi cəhətcə vəhdətdədirlər. Satanist doktrinada bu, öz quyruğunu dişləyən ilan mənasındadır”. Təsadüfi deyil ki, sionizm 1976-cı ildə BMT tərəfindən faşizmin bir növü elan olunmuşdur. Odur ki sionistlərin nasistlərlə əlbir işləməsində təəccüblü heç nə yoxdur.

“Stalin tarixi fenomen kimi” kitabından

Комментариев нет:

Отправить комментарий