Страницы

04.08.2018

TALIŞ QIZI

Əliağa Kürçaylı

İnsan çöhrəsinə rəng də, boya da
Gərək təbiətin özündən keçə.
O gərək nəğməylə sübhü oyada,
Günün ilk şəfəqi gözündən keçə.

Mən Talış qızının yanağındakı
Allığı görəndə buna inandım.
Səma qarşısının hanasındakı
Qövsi-qüzeh onun donudu, sandım.

Örpəyi göylərin bulud tirməsi,
Dişləri Talışın quzey qarıdır.
Buket çaygözünün qara sürməsi,
Nəfəsi İstisu qaynaqlarıdır.

Sanki təbiətin hər boyasını
Hüsnünə toplayıb Talış qadını.
Bəxş edib cahana qız ağasını,
Həm də “kinonəğə” qoyub adını.

İzah: “Kinonəğə” – talış dilində “qızlar ağası”

Комментариев нет:

Отправить комментарий