Страницы

08.09.2018

Amnesty International və Avropa İttifaqı terrorçunu niyə müdafiə edir?

Arzu Abdulla

İran məhkəməsi kürd əsilli Ramin Hüseyn Pənahi adlı terrorçunu edam etməklə bağlı qərar çıxarıb. 
Özünü aktivist, yazıçı və fəal adlandıran Ramin Hüseyn terrorçu olmadığını iddia edib. Lakin istintaqın əlində olan sübutlara və fotoşəkillərə əsasən "yazıçı" və "siyasi fəal" Ramin Hüseyn Pənahi ötən il 3 İran əsgərinin ölümü ilə nəticələnən terror hücumunda iştirak edib.
Ramin Hüseyn əlində avtomat silahla dağlarda şeirmi, romanmı yazırdı, yoxsa terrorçuluq edirdi?
Başqalarının fikrini təkrarlamağı xoşlamadığım üçün "demokratik dünyaya" səs salan Ramin Hüseyn olayını araşdırmaq qərarına gəldim.
Araşdırma zamanı İranda Azərbaycan dilində fəaliyyət göstərən media qrumlarının olayla bağlı məqalələrini, xəbərlərini də gözdən keçirdim.
Ramin Hüseyn Pənahi 1994- cü ildə İranın kürdlər yaşayan Sənəndəc şəhərində, kürd ailəsində anadan olub.
22 iyun 2017-ci ildə Komala kürd terror təşkilatının üzvləri ilə Sepah tərəfindən mühasirəyə alınıb və terrorçu dostları ilə birlikdə Sepah qüvvələrinə qarşı silahlı müqavimət göstərib. Bu zaman yaralanıb və tutulub. 2018-ci il yanvarın 26-da Sənəndəc şəhər məhkəməsi tərəfindən milli təhlikəsizliyə qarşı fəaliyyət ittihamı ilə edam hökmünə layiq görülüb
İstintaq zaman onun, dağlarda kürd terror qruplaşmalarının tərkibində terrorçuluq fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. İran mediasında terrorçunun və silahdaşlarının öldürdüyü İran əsgərlərinin fotoları yayımlanıb.
Türkiyə və Avropa ölkələrində Ramin Hüseyn Pənahi yazıçı və siyasi fəal kimi qələmə verilərək, barəsində çıxarılan ölüm hökümünün ləğv edilməsi tələb edilirdi. Lakin bu arada Raminin "yaradıcılıq nümunələri" gözə dəymədi.
Amma İran İR-nın dövlət KİV-ləri bir müddət əvvəl onun öz terrorçuluq fəaliyyətlərini təfsilatı ilə etiraf etdiyini əks etdirən video paylaşıblar.
2014-cü ildə İŞİD terror təşkilatını dünyaya "yerli mülayim Suriyalı müxalifət" kimi təqdim edən İsrail rejiminin bütün dünyada maliyyələşdirdiyi və nəzarətində saxladığı özünü "azad mətbuat" adlandıran, əslində rejim köləsi olan KİV-lər İran İR-nın hökümət qüvvələri ilə silahlı mübarizə aparan və döyüş zaman ələ keçmiş kürd terror təşkilatının üzvünü "milli fəal" kimi təqdim edirlər. Guya bu terrorçu şeir yazdığına görə edam edilir.
Guya İranda insanlar siyasi fəaliyyətlərinə və incəsənətlə məşğul olduqlarına görə həbs edilir. Necə olur ki, PKK-çı kürdlər Türkiyədə terrorçu, amma İranda "milli fəal" və "aktivist" olur? Adam şeiri-qəzəli yəqin əlindəki avtomatla yazırmış?
İranın, vətəninin çörəyini yeyib, dövlətin vətəndaşlarına şamil etdiyi bütün imtiyazlardan faydalanıb, sonra isə bu dövləti qoruyan əsgərini namərdcəsinə terror yolu ilə məhv edən kürd terroçusunu, dünyaya "demokratiya" adlı əxlaqsızlıq və cəhalət virusu yayanların KİV-ləri azadlıq mücahidi kimi qələmə verməkdədir. Belələrinin təfəkküründə azadlıq xalqına, vətəninə yamanlıq etməklə ölçüldüyü üçün bu iyrənc yanaşmalarını bütün dünyaya sırımağa çalışırlar.
Amnesty İnternational adlı təşkilat nədənsə öz ata yurdunda həbs edilən Dilqəm Əsgərov və Şabhaz Quliyevin erməni əsirliyindən azad edilməsi üçün heç vaxt çağırış etmədi. Milli Məclisin deputatı Aydın Hüseynov da adıçəkilən təşkilatın susqunluğuna etiraz etmişdi: "Lapşinin həbsinə qarşı bu cür həssaslıq göstərən "Amnesty International" niyə bu günə qədər erməni terrorçuları tərəfindən qanunsuz şəkildə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün bu qədər canfəşanlıq göstərmir?"
Özünü bütün dünyada demokratiya prinsiplərinə sadiq olduğunu gözə soxmağa çalışan "Amnestiy İnternational" kürd terrorçusu üçün çox narahatdır. Yaxşı ki belə geydirmə beynəlxalq təşkilatlar öz iyrənc məqsədlərini gizlədə bilmirlər. Öz əməlləri ilə, öz iyrənc niyyətlərini və fəaliyyətlərini ifşa edirlər.
Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini indiyə qədər Ermənistanda saxlanan minlərlə Xocalı əsirnə qarşı edilən ağlasığmaz işgəncələrə bir dəfə də etiraz etməyib. Bu adam Səudiyyə Ərəbistanının dinc Yəmən əhalisinin başına yağdırdığı bombalara da etiraz etməyib. Amma kürd terrorçusunun edamına etiraz edir. Çünki dünyadakı bütün terror təşkilatlarının yaradıcısı Avropa və ABŞ-dır. Bu terror təşkilatlarının maliyyə mənbəyi isə Səudiyyə Ərəbistanıdır. Məhz ona görə də "demokratiya təşkilatları" Səudiyyə Ərəbistanında küçənin ortasında boynu vurulan günahsız insanların faciəsini "görmür" və səslərini "eşitmir".
O ki qaldı Azərbaycanda sosial şəbəkələrdə və bəzi KİV-də Ramini terrorçu olduğu halda azadlıq mücahidi və şair-qəzəlxan kimi təqdim edib onu müdafiə edənlərə, bu yerdə deyəcəm ki biz qaranın ağ kimi təqdim olunmasına öyrəncəliyik.
Azərbaycanda PKK terrorçusunu məhkəmə zalından azadlığa kim buraxdırdı? PKK və PYD-nin Suriyadan verdiyi tapşırığa əsasən, Azərbaycanda terror təşkilatının özəyini quran və onların tapşırığı ilə 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidini yandıran Namiq Nəsibov və Elnur Ələkbərovun məhkəmə işinin yekunu göstərdi ki, terrorçular Türkiyədə və Azərbaycanda rahatca işlərini görüb, aradan çıxa bilərlər. Məhkəmənin hökmü ilə terorun təşkilatçısı Namiq Nəsibov məcburi müalicə adı altında cəzadan azad edildi, onun bu cinayətə cəlb etdiyi Elnur Ələkbərov isə 15 il müddətinə həbsə göndərildi...
PKK terror təşkilatının üzvü və bu təşkilatın Azərbaycan qanadını yaradan, Azərbaycan dövlətini parçalayıb Kürdüstan dövlətini yaratmağa çağırışlar edən, Namiq Nəsibov 2016-cı ilin 7 mart tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "əsəblərini müalicə etdirmək üçün" azadlığa buraxılıb, cəzalanmayıb.
Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Onlar sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Aksiyalardan ancaq biri, məscid yandırmaq baş tutsa da digərləri o qədər də uğurlu alınmayıb. Amma bu təşkilat Bakıdakı restoranlardan birində öz bayram tədbirlərini çox təntənəli şəkildə düzənləyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi isə şiə dindarını terrorçu, kürd terrorçusunu "əsəbi" adlandırır.
Necə olur ki, öz övladını qətlə yetirən ruhi xəstəni həbsxanaya göndərən Azərbaycan məhkəmələri terrorçunun "əsəbi pozuntusu var" deyib məhkəmə zalından azadlığa buraxırlar? Bu adamın sonralar hansı psixi dispanserdə və ya xəstəxanada müalicə aldığını isə açıqlamağı da lazım bilmirlər.
Necə olur ki, SOCAR-ın erməni kilsələrinə pulsuz qaz verdiyi halda Nardaranda, paytaxtın ən böyük və qədim qəsəbələrindən birində hələ 2015-ci ildə yerli-dibli qaz olmadığına etiraz etdikdən az sonra Tale Bağırzadəyə terrorçu damğası vuranlar, qardaş Türkiyəni qana boyayan PKK terror təşkilatının tərkibində döyüşən və PKK-nın Azərbaycan qanadını- "Yekbun"u yaradan, məscid yandıran bir terrorçunu həbsə məhkum etmir, azadlığa buraxır? 
Xalqı ədalətli olmağa, Allahı sevməyə, düşmənlərimizə qarşı amansız olmağa, Şəhidlərimizi daim hörmətlə anmağa çağıran, milli-mənəvi dəyərlərimizi qorumağı təbliğ edən Tale Bağırzadəyə 20 il həbs cəzası qərarını çıxaran Bakı Ağır Cinayətlər Məhkəməsi niyə görə terroçu Namiq Nəsibovu məhkəmə zalından azadlığa buraxdı?
Onu da xatırladaq ki, Suriyada, İraqda və digər müharibə gedən ölkələrdə döyüşən azərbaycanlı muzdluların ölkəyə geri dönən kimi həbs edilməsi əslində alqışlanası və vacib qərar idi. O zaman Suriyada PKK və PYD terror təşkilatının tərkibində döyüşən Namiq Nəsibov niyə görə həbs edilmir?
Namiq Nəsibovun törətdiyi cinayət əməllərinin cəzasız qalmasına etiraz edən Azərbaycanın sabiq baş prokuroru İxtiyar Şirinin 2016-cı ildə məsələylə bağlı "Modern.az"-a verdiyi açıqlama çox maraqlıdır. Keçmiş baş prokurorun açıqlamasını diqqətlə oxusanız, sizlərə bəlli olacaq ki, Avropa İttifaqı və digər "demokratik" beynəlxalq "qurumlar" İranda terrorçunun edamına niyə bu qədər qəzəblidir: "Mən prokurorluqda müstəntiq işləyən dövrdə çox ağır cinayətlər törətmiş şəxsin məsuliyyətdən azad edilməsi üçün yüksək səviyyədə qərarlar qəbul edildiyinin şahidi olmuşam. Etnik mənşəyi yəhudi olan Mişiyev soyadlı şəxsin 1980-1981-ci illərdə onlarla azyaşlı qıza təcavüz etməsi ilə bağlı idi. Bu cinayətlər törədilən dövrdə bütün Bakı şəhəri vahimə içərisində idi və Mişiyev çox çətinliklə növbəti cinayət başında yaxalanmışdı. Həmin işi Azərbaycan Respublikası Prokurorluğunun mühüm işlər müstəntiqləri istintaq edirdi. Bu iş də baxılmaq üçün Ali Məhkəməyə göndərildi və oradan bu işin də izi itirildi. O vaxt söhbət gəzirdi ki, Mişiyevi həbsdən və güllələnməkdən yəhudi lobbisi qurtarıb... İndi isə PKK və PYD-nin Suriyadan verdiyi tapşırığa əsasən, Azərbaycanda terror təşkilatının özəyini quran və onların tapşırığı ilə Bakıda məscid yandıran Namiq Nəsibov və Elnur Ələkbərovun işi. Məhkəmənin hökmü ilə terorun təşkilatçısı Namiq Nəsibov məcburi müalicə adı altında cəzadan azad edildi, onun bu cinayətə cəlb etdiyi Elnur Ələkbərov isə 15 il müddətinə həbsə göndərildi... Namiq Nəsibovu 15 il həbsdən hansısa lobbinin qurtarmış ola biləcəyini mən dəqiq bilmirəm. Ancaq cinayətkarlıqla mübarizədə, xüsusilə terrora qarşı mübarizədə belə istisnaların edilməsi ölkəmizə yaxşı heç nə vəd etmir, Azərbaycan Respublikasının vətəndaşlarının həyatı və təhlükəsizliyinin terrordan qorunmasına çox ciddi zərər vurur, hər bir insanın həyatını təhlükə altında qoyur. Hesab edirəm ki, müvafiq prokurorluq və məhkəmə orqanları bu işlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidirlər".
Çox maraqlı olan digər məqam isə Ramin Pənahinin azadlığını tələb edənlərin əksəriyyəti "haray, haray mən türkəm" deyənlərin olması idi. Özlərini türk elan edənlər, türk millətçisi kimi gözə soxanlar Türkiyədə on illərdir dinc əhalini, əsgərləri kütləvi şəkildə və ya tək-tək qətlə yetirən PKK kürd terror təşkilatının üzvü olan Ramin Pənahini niyə görə müdafiə edirlər? Bunun bir cavabı var: Çünki dünyaya millətçilik ideologiyasını yaradıb, sırıyanların bir məqsədi var- PARÇALAMAQ. Onların bəzən bilmədən köləsinə çevirilən millətçilər ağalarının dəyirmanına su tökməyə məhkumdurlar.
Bəli, millətçilik ideologiyasını yaradanlarla, terror təşkilatını yaradanlar eyni mərkəzdən idarə olunanlardır. Ramin Pənahiyə "millətçilərin" "sevgisi" də elə o mərkəzlərdən yönəldilir- İnsanlığa, bəşəriyyətə, azadlığa, xoşbəxtliyə qənim kəsilən mərkəzdən... O, mərkəz İrandakı edamları "insan haqlarına zidd" adlandırırlar. Çünki İran İR o mərkəzin agentlərini də öz ölkəsində tutan kimi edam edir...

vetenugrunda.az

Комментариев нет:

Отправить комментарий