Страницы

07.09.2018

İranda edam ediləcək Ramin Pəhahi “siyasi fəal və yazıçı” deyil, kürd terrorçusudur

“Truth NGO” xəbər verir ki, İran məhkəməsi kürd əsilli Ramin Hüseyn Pənahi adlı terrorçunu edam etmə ərəfəsindədir. Belə ki, o, bu gün sentyabrın 6-da terroçuluq fəaliyyəti ilə məşğul olduğu üçün edam ediləcək .
Özünü aktivist, yazıçı və fəal adlandıran Ramin Hüseyn terrorçu olmadığını iddia edib. Lakin istintaqın əlində olan sübutlara və fotoşəkillərə əsasən “yazıçı” və “siyasi fəal” Ramin Hüseyn Pənahi ötən il 3 İran əsgərinin ölümü ilə nəticələnən terror hücumunda iştirak edib.
O 1994-cü ildə İranın kürdlər yaşayan Sənəndəc şəhərində anadan olub. 22 iyun 2017-ci ildə Komala kürd terror təşkilatının üzvləri ilə Sepah tərəfindən mühasirəyə alınıb və terrorçu dostları ilə birlikdə Sepah qüvvələrinə qarşı silahlı müqavimət göstərib. Bu zaman yaralanıb və tutulub. 2018-ci il yanvarın 26-da Sənəndəc şəhər məhkəməsi tərəfindən milli təhlikəsizliyə qarşı fəaliyyət ittihamı ilə edam hökmünə layiq görülüb. İstintaq zamanə onun, dağlarda kürd terror qruplaşmalarının tərkibində terrorçuluq fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. İran mediasında terrorçunun və silahdaşlarının öldürdüyü İran əsgərlərinin fotoları yayımlanıb.
Qeyd edək ki, Türkiyə və Avropa ölkələrində Ramin Hüseyn Pənahi yazıçı və siyasi fəal kimi qələmə verilərək, barəsində çıxarılan ölüm hökümünün ləğv edilməsi tələb edilir. Amma İran İR-nın dövlət KİV-ləri bnir müddət əvvəl onun öz terrorçuluq fəaliyyətlərini təfsilatı ilə etiraf etdiyini əks etdirən video da paylaşıblar.
2014-cü ildə İŞİD-i dünyaya “yerli mülayim Suriyalı müxalifət” kimi təqdim edən İsrail köləsi olan Azərbaycan KİV-ləri də İran İR-nın hökümət qüvvələri ilə silahlı mübarizə aparan və döyüş zaman ələ keçmiş kürd terror təşkilatının üzvünü “milli fəal” kimi təqdim edirlər.
Necə olur ki, PKK-çı kürdlər Türkiyədə terrorçu, amma İranda “milli fəal” və “aktivist” olur? /ru.truthngo.org/

Комментариев нет:

Отправить комментарий