Страницы

10.10.2018

«Sənaye və texnikanın hazırkı inkişafı ilə yanaşı, hər şeydən çox əxlaqi kasıblıq hiss edirik. İnkişaf etmiş ölkələrin cəmiyyətləri əxlaqi keyfiyyətlər baxımından geri qalmış ölkələrin əhalisindən heç də üstün deyillər. Bu günkü maddi mədəniyyət ziddiyyətlərlə doludur. Söz və əməldə, təsəvvür və etirafda, fikir və hisslərdəki ziddiyyətlər Qərb cəmiyyətlərində çox dərin kök salmışdır. Maddi mədəniyyət ümumiyyətlə zahirdə bütün insanların bərabərliyini elan etsə də əslində cəmiyyətdə ayrı-seçkiliyə, ədalətsizliyə habelə fikri, dini, iqtisadi, siyasi, psixoloji və ictimai ziddiyyətlərə rəvac verir. Daha doğrusu, təəssüblə bunların yayılması üçün şərait yaradır- demokratiya və xalq hakimiyyəti şüarları ilə ictimai ədalət yaratmaq iddiası edir. Lakin dövlət və hökumət xalqa biganə olan bir dəstə adamın əlində cəmləşir. Sözdə cəmiyyətin səadətini istəyir, amma əməldə bədbəxtliklər gətirir. Maddi mədəniyyət öz təlimlərində eqoizm və özünüdüşünmək hallarını tənqid edir, başqalarına hörmət etmək və ictimai yaşayış prinsiplərini təbliğ edir. Lakin əməli olaraq başqalarının taleyinə etinasızlıq, şəxsi mənafe düşkünlüyü və cah-cəlal tələbi kimi ideyaları yayır».

Məşhur sosioloq və filosof Pitirim Sorokin

Комментариев нет:

Отправить комментарий