Страницы

09.10.2018

Xocalı haqqında gizlədilmiş həqiqət

Dana Mazalova, çex jurnalisti. 1980-ci illərin sonundan keçmiş SSRİ-nin bir sıra qaynar nöqtələrində, o cümlədən dəfələrlə Qarabağda, Bakıda olub. Telejurnalist Çingiz Mustafayevlə dostluq münasibətləri olub. Azərbaycanda onu ermənipərəstlikdə ittiham edirlər. Çünki Xocalı- Sumqayıt hadisələri barədə rəsmi Bakının razı olmadığı fikirlər irəli sürüb. Kim olduğu və hansı məqsədə qulluq etdiyindən asılı olmayaraq, onun Xocalı barədə dediklərinin az hissəsini tərcümə edərək sizə çatdırmaq qərarına gəldik.

1992-ci ilin mart ayının ortalarında, dost olduğumuz azərbaycanlı jurnalisti Çingiz Mustafayev, Bakıdakı evimdə mənə fevral ayında Ağdamın kənarında çəkdiyi xam video görüntüləri göstərmişdi. Vurğulamaq istəyirəm ki, Çinqiz orada ölənləri çəkən yeganə jurnalist idi. Lakin Çingizin mənə göstərdiyi kadrlarla, indi Azərbaycan tərəfinin bütün dünyaya göstərdiyi və guya onun çəkdiyi deyilən videolarla heç bir əlaqəsi yox idi.
Çingiz ora vertolyotla uçmuş və ölənlərin bir hissəsini dəfn etməkçün gətirmişdi. Bunlar Ağdamdan təxminən 10 km məsafədə məshəti türklərinin yerə sərilmiş cəsədləri idi, hamısı da paltarlı və toxunulmamış vəziyyətdə idi. Əraziyə Azərbaycan tərəfi tərəfindən nəzarət olunurdu və cənazələr arasında Çingiz Azərbaycan hərbi vertolyotundan qorxmayan hərbi formalı adam da görmüşdü. Bütün bunları mən onun çəkdiyi videoda gördüm. Bir neçə gün sonra Mustafayev cəsədlərin qalan hissəsini gətirməyə gedəndə meyidlərin vəziyyətindən dəhşətə gəlmişdi, meyidlərin dərsi soyulmuşdu.
Təkrar edirəm: Mustafayevin (1-ci) çəkdiyi videolarda ümumiyyətlə belə bir şeylər: nə də çılpaq uşaqlar və qadınlar, nə də dəriləri soyulmuş kişilər yox idi. Amma çox yaxşı yadımdadır ki, ölənlər dizlərindən güllə ilə vurulmuşdu. Mustafayevin ixtisası həkimlik idi və dərhal anlamışdı ki, bu insanlar uzun və ağrılı bir əziyyətlə, qan itirmədən ölmüşdülər. Bundan əlavə, şübhəsiz ki, onlara yaxın məsafədən atəş açmışdılar və məhz dizlərindən nişan almışdılar. Kimsə bu insanları qəsdən öldürmüşdü- amma kim və hansı məqsədlə, bunu deyə bilmərəm. Yalnız gözümlə gördüklərimi deyirəm.
Çingiz bir həkim kimi mənə izah etmişdi ki, bu çox uzun və əzablı ölümdür (dizdən güllə ilə vurulma). Bu insanlar ağrıdan fəryad etməliydilər. Onların (ölənlərin) bu fəryadını Azərbaycan tərəfin sərhədçiləri eşitməliydi, çünki qərargahları çox da uzaqda deyildi. Onlar ağrıdan çığıran insanların səsini eşitməyə bilməzdilər. Bu mümkün deyil! Xocalılıarı əvvəl dizindən güllələmişdilər, yerdə zarıyanları baltalamışdılar, bir neçə gün sonra isə gəlib skalplarını çıxarmışdılar. Daha sonralar öyrənəndə ki, bu talesiz insanların demək olar ki, hamısı məshəti türkləridir, dəhşətə gəlmişdim. Bunlar Özbəkistandan qovulmuş və nədənsə məhz Xocalıda, məhz Qarabağda, o dövrçün qeyri-stabil bir yerdə yerləşdirilənlər idi. Onlar Mütəllibov dövründə yerləşdirilmişdi, Gürcüstan hakimiyyəti isə onları qəbul etməmişdi...
O yalnız bunu dedi: "Dana, anladınmı? İndi mən bronijilet geymədən Bakıda gəzməkdən qorxuram". Bilirsinizmi, bir neçə aydan sonra Mustafayev öldürüldü. Yeri gəlmişkən, Çingiz əsl peşəkar kimi, öz ölümünü çəkdi. O əlində kamera durmuşdu və kürəyindən güllə alanda dərhal obyektivi özünə tərəf çevirmişdi.

Hikmət Bəyverdi

Комментариев нет:

Отправить комментарий