Страницы

10.11.2018

İranın təhlükəsizlik naziri Ərbəin günlərində 11 terror dəstəsinin ələ keçirilməsindən xəbər verib

Həqiqət QHT (Truth NGO) – İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: Ərbəyin yürüşünün təşkil edildiyi günlərdə İranın təhlükəsizlik qüvvələri 11 terror dəstəsini aşkar edərək zərərsizləşdirib.
İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi “Passiv Müdafiə” seminarında deyib: “Passiv müdafiənin miqyası təhdidlərin miqyası qədərdir və istənilən təhdid qarşısında passiv müdafiəyə ehtiyac var. Düşmən və onun fitnələri qarşısında passiv müdafiə önəmli rola malikdir və təhdidlərin dəyişkən olmasını nəzərə alaraq, passiv müdafiənin forması da təhdidlərə uyğun olaraq dəyişməlidir”.
İranın təhlükəsizlik naziri daha sonra seminarın kənarında jurnalistlər qarşısında verdiyi açıqlamada oğurlanmış iranlı sərhədçilərin taleyi barədə deyib: “Oğurlanmış sərhədçilərin sağlamlığı yerindədir və onların azad edilməsi üçün Silahlı Qüvvələrin Baş Qərargahı və Sepah tərəfindən ciddi işlər görülməkdədir. Ümidvaram tezliklə nəticə əldə olunsun”.

Комментариев нет:

Отправить комментарий