Страницы

03.11.2018

Kaspi-Toloş çı ğəşənqe, çımı dıl

Yusif Rəhimi

Ana torpağımın cavan ürəyi,
Səndən gəlib keçir Gilan küləyi,
Həzilərin, Babəklərin dirəyi,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Dədə Zərdüşt torpağından boy atdı,
Avestanı Əli Nasir yaşatdı,
Adımızı zirvələrə ucaltdı,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Lankon bizim ürəyimiz, gözümüz,
Əzəl gündən doğru olub sözümüz,
Tarixlərdən ağ çıxıbdır üzümüz,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Vaz ğələ"dən Anbarana salamlar,
Masal, Taleş, Rudxan ğələ" duyanlar,
Çox olubdur heyrət ilə baxanlar,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Səvəlonun zirvəsinin başı qar,
Çox igidə şahid oldu Burovar,
Peştəsərim buludlara ucalar,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Hər daşında tarix yatır, iz yatır,
Şindan qalası tək sirli göz yatır,
"Şeyx Səfi" babamda çoxlu söz yatır,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Sənin tarixini unutsam əgər,
Xıdo yaşamağı haram eyləyər,
Hər qarış cənnətin qəlbi titrədər,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Yusif bir parçadır sənin canından,
Səninçün o keçər şirin canından,
Talışam güc verdin o saf qanından,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.

Комментариев нет:

Отправить комментарий