Страницы

27.11.2018

Şeyx Əbdül: “ABŞ min sanksiya versə də, İranı çökdürə bilməz”

“Tehranda mənə dedilər ki, qətiyyən Bakıdakı apteklərdən dərman alma…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov səhhətindəki problemlərə görə müalicə olunmaq üçün Tehrana getmişdi. Bir müddət öncə Tehrandan qayıdan xalq artisti açıqlamasında hələ də müalicələrinin davam etdiyini bildirib: “Bronxlarımda problem olduğu üçün özümü yaxşı hiss etmirdim və ona görə də Tehrana getdim. Tehrandan yaxşı bir dostum var və indi o Amerikada yaşayır. O ayda bir həftə Tehrandakı klinikasında xəstələri qəbul edir. Mən də onunla əlaqə saxlayıb qəbuluna getdim. Məni həm bizim, həm də İranın hava limanında çox yaxşı qarşıladılar. Müayinə olundum və dərmanlar yazdı, elə ordan aldım. Hələ də özümü yaxşı hiss eləmirəm, müalicəm davam edir. Mənə dedilər ki, qətiyyən Bakıdakı apteklərdən dərman alma. İranın dərmanları yaxşıdır, düzdü, bir az qiyməti bahadır. Dünyada üç kateqoriya dərmanlar var. Bir az da şəhərdə gəzdim və Tehranda Rza Şahın silah muzeyini görəndən sonra fikirləşdim ki, ABŞ min sanksiya versə də, İranı çökdürə bilməz”.
Şeyx Əbdül səhhətindəki problemlərə baxmayaraq işinə də davam etdiyini bildirib: “Çox qəribədir ki, həm də qanım aşağı düşür. Buna görə Amerikadan altı ədəd dərman sifariş verdik. Müalicə müddətim başa çatdıqdan sonra yenidən gedib müayinədən keçəcəm. Bununla bərabər işimdən də qalmıram. Sabah xalq artisti Rasim Ocaqovun Şəkidə keçiriləcək tədbirinə yola düşəcəyik. Sonra da Həsən Məmmədovun yubileyinə hazırlaşırıq, dekabrın 5-də Salyanda tədbir olacaq”.
Şeyx Əbdül bizim həkimlərə getmək istəmədiyini deyib: “Müalicələrimin xərcini özüm çəkdimŞ həm də yaxşı dostlarım var, onlar da əl tutdular. Bakıda dörd dəfə əməliyyat olunmuşam. 1978-ci ildə mədəmdən əməliyyat olundum. 1982-ci ildə öd kisəmi çıxarıblar. 1987-ci ildə isə kor bağırsağımı əməliyyat elədilər. “Yeddi oğul istərəm” filmində damdan yıxıldığıma görə qabırğam və dizim çatlamışdı. Buna görə də əməliyyat olundum. İndi də o əməliyyatdan sonra sol qıçım yaxşı qatlanmır. Ona görə də burda həkimlərə getmək istəmirəm”. /moderator.az/

Комментариев нет:

Отправить комментарий