Страницы

21.11.2018

Səfər Mehdiyev BDU-nun diplomunu NECƏ ƏLDƏ EDİB?

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovla bağlı mübhəm məqamlar hələ də qalmaqdadır. Sabiq rektorun İspaniyaya sonuncu rəsmi səfəri zamanı baş vermiş qalmaqalla bağlı ortada açıq qalan kifayət qədər suallar var. İlkin iddialara əsasən Məhərrəmovun səfir oğlu olan Anar Məhərrəmov İspaniyada şərab biznesi ilə məşğul olurmuş. Rektor olan atası isə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxinın təyyarəsi ilə 2 ton xam çaxırı İspaniyaya aparıb. Ölkədən 2 ton çaxırın hava nəqliyyatı ilə xaricə çıxarılması və bu məqamdan Dövlət Gömrük Komitəsinin xəbərsiz olması müəyyən şübhələrin yaranmasına səbəb oldu. Ortada açıq qalan kifayət qədər suallar var. Gundeminfo.az-a daxil olan məlumata görə, Abel Məhərrəmov uzun illərdir ki, məhz Dövlət Gömrük Komitəsindəki tələbələrinə göstəriş verərək biznesini inkişaf etdirib.
Verilən informasiyada bildirilir ki, Anar Məhərrəmov 2016-cı ildə İspaniya Krallığına səfir təyin edilib. Lakin Rəsmi dövlət agentliyinin 2016-cı ilin sentyabr ayının 9-da yayımlanan xəbərində bir məqam diqqətimizi çəkir: "Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sentyabrın 8-də İspaniya Kralı VI Felipeyə etimadnaməsini təqdim etmək üçün Kral Sarayında bu səbəblə təşkil edilmiş xüsusi mərasimdə iştirak edib. Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini təqdim edib. Etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən, artıq səfir qismində təyin olunması münasibətilə təbrik edib".
Bu xəbərdə "Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən" cümlə diqqətdən yayına bilməz. Niyə məhz yenidən? Axı Anar Məhərrəmov 2016-cı ilin aprel ayının 5-də dövlət başçısının sərəncamı ilə səfir təyin edilib. Mənbəmiz iddia edir ki, Abel Məhərrəmovun oğlu təyin edildikdən dərhal sonra bu ölkədə biznes qurmağa başlayıb. Hətta ona atasının gömrükdəki dostları da şərik kimi yardım edirlər. Və nəticə etibarilə də Azərbaycanla İspaniya arasında diplomatik əlaqələr sürətlə Məhərrəmovlar ailəsinin və onun gömrükdəki ortaqlarının şəxsi ticarət imkanları üçün sərf edilməyə başlayıb. 2016-cı ildən sürətlə böyüyən biznesə gömrükdən niyə dəstək verilib?
İndi isə keçək əsas məqama. Gundeminfo.az-a daxil olan informasiyalar əsasında kiçik bir araşdırma apardıq. Və daxil olan informasiyalar kifayət qədər mühim məqamlara əsaslanırdı. Məqam ondan ibarət idi ki, BDU-nun rektorunun işini itirməsinə səbəb olan skandal məhz uzun illər DGK-da yüksək vəsifə tutan və hazırda Gömrük Komitəsi Səfər Mehdiyevin sədlik etdiyi dönəmə təsadüf edir. Yuxarıda qeyd etmişdik ki, 2 ton xam çaxırı Azərbaycandan çıxarmaq hər halda kiçik sahibkarlıq fəaliyyəti deyil. Bundan başqa bu həm də sonuncu daşıma olmayıb. Görünür Abel Məhərrəmov gömrükdəki tələbələrinə o qədər güvənib və onlara o qədər hökmü keçib ki, bu çaxır nəqlini həyata keçirə bilib.
Sayta daxil olan informasiyalara əsasən kiçik bir araşdırma apardıq. DGK-nın rəsmi saytında komitə sədri haqqında məlumat var. Tərcümeyi-halında yazılan bir məqam xüsusilə maraqlı idi.
Mehdiyev Səfər Məmməd oğlu. 1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. Orta təhsili başa vurduqdan sonra 1991-1993-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.
Bu cümlədə bir natamamlıq var. Səfər Mehdiyev 1993-98-ci illərdə Türkiyədə biznes əlaqələri qurub. Kiçik bizneslə məşğul olub. İzmirdə yerləşən bu ali təhsil ocağında təhsilini başa vurmayan cənab Mehdiyev bu cümlədəki bir vergüldən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirir. Əcaba EGE Universitetində iqtisadiyyat təhsili alan bir tələbə BDU-ya necə "perevod" alıb və necə olub ki, iqtisadiyyat oxuyan bir tələbə hüquq fakultəsini bitirib? 1998-ci ildə artıq Abel Məhərrəmov BDU-nun rektoru təyin edilmişdi. Deməli Səfər Mehdiyevlə Abel Məhərrəmovun dostluğu elə 20 il əvvəldən başlayıb. 1998-ci ildə BDU-nun hüquq fakultəsini bitirən (hələ Səfər Mehdiyevin kimlərlə eyni auditoriya bölüşdüyü də suallarla doludur) DGK şefinin rəhbəri olduğu komitədə bir tələbə yoldaşı varmı?
Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Mehdiyevin Abel Məhərrəmovun köməyi ilə hüquq diplomu almasının ardından da rektora gömrükdə yaşıl işıq yanıb. Nəhayət Mehdiyevin DGK sədri təyin edilməsindən sonra sabiq rektor bir qədər də arxayınlaşaraq gömrükçülərə Şeyxin təyyarəsinə 2 ton çaxır yüklətdirə bilib.
Bu mövzuda araşdırmalarımız davam edəcək bütün tərəfləri dinləməyə hazırıq. /hurriyyet.org/

Комментариев нет:

Отправить комментарий