Страницы

25.12.2018

ABŞ geri çəkiləndə də xainlik etdi – Silahlar PKK-ya verilir

Vaşinqton PKK-ya yardım göstərməkdə davam edir

Pentaqonun Suriyadakı əsgərlərini geri çəkib çəkməyəcəyi məsələsi müzakirə olunduğu bir vaxtda ABŞ-ın PKK terror təşkilatına 500 yük maşını dolu silah-sursat göndərdiyi açıqlanıb. Turkustan.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, həmin yük maşınları Suriyanın Qamışlı və Dərik adlanan ərazilərinə göndərilib. Artıq silah dolu maşınların Türkiyə ordusunun əməliyyat aparacağı bölgələrdə yerləşdirildiyi qeyd olunur.
Türkiyə mediasının yaydığı xəbərdə bildirilir ki, PKK-ya yardım üçün göndərilən bu silahlar Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əleyhinə istifadə edilərək terrorçuların təhlükəsizliyini möhkəmləndirəcək.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Suriyadakı qoşunlarını geri çəkəcəyini açıqlamışdı. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий