Fransada "sarı jiletli" etiraçılar nəhayət ki özlərinin 25 bənddən ibarət tələb-proqramını təqdim etdilər.
İş orasındadır ki, Fransanın bütün solçu partiyaları və təşkilatları avrokommunistlərdir - yənı liberal solçuların, trotskistlərin adını "sosialist" qoyub sosial-demokratlıq, hətta sağçı sosial-demokratlıq edənlərin, nə bilim, anarxistlərin filanın qarışığı, həftəbecəri. Ona görə onların biri də həqiqi işçi, antikapitalist hərəkatının təşkilatlanmasında rol oynamır. Həqiqi kommunist/sosialist təşkilatlar varsa da, azsaylıdırlar və avanqard rol oynamırlar.
Fransadakı "sarı jiletlər" - aşağıdan, vətəndaşların özlərinin təşəbbüsü ilə yaranmış unikal hərəkatdır. Və görünür ki, onlar hələ indi təşkilatlanır və tələblərini formalaşdırırlar.
Beləliklə, "sarı jiletlilərin" Manifestindəki tələblərindən:
1. Ümumxalq yığıncağı çağırıb, yeni vergi islahatı keçirib, vətəndaşın vergi yükünü yüngülləşdirmək.
2. Əmək haqqını, təqaüdü, yaşayış minimumunu 40% artırmaq.
3. Tibb, təhsil, ictimai nəqliyyat sahələrində vakansiyaları artırmaq, yenilərini yaratmaq.
4. Beş milyon ucuz mənzil tikərək kirayə verilən mənzillərin kirayə haqqının, ipotekanın azaldılmasını təmin etmək. Tikinti sektorunda yeni iş yerləri yaratmaq. Evsiz adamların küçədə qaldığına görə şəhər meriyalarını cəzalandırmaq.
5. Daxili borcları silmək.
6. Konstitusiyanı xalqın marağına uyğun dəyişdirmək, xalqın təşəbbüsü ilə referendum keçirməyə icazə vermək.
7. Lobbiçiliyi və təsir sxemlərini qadağan etmək.
8. Avropa İttifaqından çıxaraq Fransanın siyasi, iqtisadi, maliyyə suverenitetini bərpa etmək. (Heç "Fransaya azadlıq!" qışqıran burjua KİV-ləri, intellektualları eşitmisiz? Amma Sovet respublikaları üçün "azadlıq" qışqırıb Sovet İttifaqını dağıdırdılar. Deməli, kapitalist dövlətlərin İttifaqı - Avropa İttifaqı olar, amma sosialist respublikaların İttifaqı olanda müstəmləkəçilik olur... Halbuki nə SSRİ-də kimsə müstəmləkə yerinə qoyulurdu, nə də SSRİ hansısa ölkəni, xalqı istimsar edirdi).
9. 40 böyük şirkətlərin dövlətə olan 80 milyard avro borcunu qaytarmaq. Özəlləşdirməyə son vermək. Özəlləşdirilmiş aeroportlar, dəmir yolları, maşın yolları və dayanacaqları yenidən dövlət mülkiyyətinə verilsin.
10. Təhsildən ideologiyanı yığışdırmaq, yeni təhsil metodu tərtib etmək.
11. Məhkəmə sistemini sadələşdirmək, pulsuz və hamı üçün əl çatan etmək.
12. Siyasətçilərin və KİV-lərin qohumbazlığına, dostbazlığına, media monopoliyasına son qoymaq.
13. Texnika istehsalçıları istehsal etdikləri texnikanın 10 illik işləməsi zəmanətini verməli, texnikanı ehtiyyat hissələrlə təmin etməlidirlər.
14. Plastik qabları qadağan etmək.
15. Farmatsevtik şirkətlərin səhiyyə sisteminə təsir etmələrini məhdudlaşdırmaq.
16. Sənayeləşmə keçirmək, ekologiyaya zərər vuran ixracdan imtina etmək.
17. NATO-dan çıxmaq.
və s...
Qaldırılan, fransızları narahat edən bütün bu problemlər zamanına görə SSRİ-də həllini tapmışdı. Bəli, SSRİ-nin hansı miqyasda dəyər olduğunu anlamaq üçün elə fransız işçilərin, təqüdçülərin, gənclərin bu gün həll üçün mübarizə apardıqları məsələlərə baxmaq kifayətdir.
Комментариев нет:
Отправить комментарий