Страницы

15.12.2018

Muradəli Ağayev:
-Sovet təhsil sistemi, Sovet səhiyyə sistemi dünyanın ən qabaqcıl təhsil və səhiyyə sistemi olub. Hazırda bu ənənəni ruslar davam etdirir. Üzdəniraq alim və mütəxəssislərimiz belə qabaqcıl təhsil sistemini daha da inkişaf etdirmək əvəzinə ondan imtina edirlər! Niyə? Hansı ağılla? Hansı məntiqlə? Savadlılara, intellektuallara imkan vermirlər, irəli çəkmirlər, savadsızların, çobanların gördüyü iş isə bu gündə olur! Hərə öz savadına, görüb-götürdüyünə uyğun sistem seçir, yaradır! Gör nə gündədirlər ki, dünyanın ən aparıcı, güclü ölkəsi olan Rusiya ilə bütün əlaqələri kəsmək istəyirlər. Rus dilini xarici dil kimi ləğv etməyə çalışırlar. Niyə? Bu xalqımıza, dövlətimizə, gələcək nəsillərimizə xəyanətdən başqa bir şey deyil!

Комментариев нет:

Отправить комментарий