Страницы

27.12.2018

Nyu-York sakinləri şəhəri kütləvi şəkildə tərk edir

Nyu-York sakinləri şəhəri yüksək vergilərə və yaşayış xərclərinin çox olmasına görə tərk edir

Eastnews.org-un verdiyi xəbərə görə,  ABŞ-ın ən iri şəhərlərindən Nyu-Yorkun sakinləri şəhəri kütləvi şəkildə tərk edir.
Hər gün təxminən 100 nəfər şəhərdən gedir. Şəhəri tərk edənlərin əksəriyyəti orta sinfin nümayəndələridir.
Sakinlər şəhəri yüksək vergilərə və yaşayış xərclərinin çox olmasına görə tərk edir.
Analoji kütləvi miqrasiya ötən əsrin 30-cu illərində "Böyük depressiya" vaxtı qeydə alınıb.
Qeyd edək ki, Nyu-York bu il dünyada ən çox turist axını olan şəhərlər sırasında yer alıb.

Комментариев нет:

Отправить комментарий