Страницы

09.12.2018

SAHİBİ-SÜBHANƏ TƏRƏF

Xanəli Tolış

Ağılım hökm eləyir qəlbə, get imanə tərəf, 
Tamahım, nəfsim isə səsləyir Şeytanə tərəf.

Fərhadı Bisutuna eşqi-Şirin cəlb elədi,
Məcnunu çəkdi nədən çölü-biyabanə tərəf?

Kimi gec, kimsənə tez anladı haqqın yolunu,
Tutdular öz üzünü ol Şahi-Mərdanə tərəf.

Qarşımızda açılan yol ikidir; xeyr ilə şər,
Biri nari-Düzəxə, ol biri Rizvanə tərəf.

Ömrünün son çağıdır, Xanəli, tez hazır elə,
Köçünü indi də sür Sahibi-Sübhanə tərəf.

Комментариев нет:

Отправить комментарий