Страницы

14.12.2018

Sözüm Rus dilinə qarşı kampaniya aparanlaradır

Fuad Yusifzadə

 Biz Rus dilini bilməklə bütün keçmiş Sovet respublikaları ilə, o cümlədən Cənubi və Şimali Qafqaz respublikaları ilə ünsiyyətimizi, mədəni, siyasi, elmi və ticari əlaqələrimizi qoruyub saxlaya bilərik. Rus dilini itirsək, onda qonşu respublikalardan hər birinin dilini öyrənməliyik. Bu da ümumilikdə hamımız üçün mümkün olan şey deyil.
 Dil bilməyin xalqımıza heç bir ziyanı yoxdur. Rus dilini pisləyib xalqın gözündən salmayın. Sən de görüm hansı bir xalqın Mendeleyev kimi, Lomonosov kimi, Suvorov kimi, Qaqarin dünya səviyyəsində tanınmış alimləri var?! Osmanlı, ya İran müstəmləkəsi olduğumuz dövrlərdə bizim xalqın bir qram da savadı olmayıb- bu faktdır! Bizə savadı ruslar verib. Dünya şöhrətli Nizamilərimiz, Füzulilərimiz, Nəsimilərimiz istisnadır. Ruslar az bir müddətdə Sovet xalqlarını, eləcə də Azərbaycan xalqını tam maarifləndirdilər, savadlandırdılar. Fikir versəz görərsiz ki, indi də az-çox savad və intellekt qalmışsa, Rus dilinin sayəsində qalmışdır.
 Rusiyanın kino, teatr, konsert, media sahələrinin hamısını ermənilər rus dilini bilməklə zəbt ediblər. Rusiyanın əksər tibb mərkəzləri Rus dilini mükəmməl bilən gürcülərin əlindədir, çoxu tanınmış professor, kardioloq və cərrahlardır. Baxın görün Rusiyada nə qədər erməni və gürcü deputat, nazir, akademik var! Onlar Rus dilini Rusun özündən də yaxşı öyrənməyə can atırlar. Xalqımızda Rus dili (elə indilərdə Azərbaycan dili də!) onsuz da yarıtmaz vəziyyətdədir.
 Həm də axı, bu gün respublikaya gələn pulların çox hissəsi Rusiyada daxil olur. Xalqın, sadə insanların Rusiyadan başqa gəlir mənbəyi yoxdur. Azərbaycanlıların çoxu Rusiyada pul qazanıb ailəsini, elini-obasını dolandırır. Xüsusən gənclərimizə Rus dili hava və su kimi lazımdır. Rus dilini az da bilsə, bu azərbaycanlıya Rusiyada çörək qazanmağa kifayət edir. Bizim millətdən hətta yüngülvari Rus dilini bilənlər qaraj arendası, avto-servis xidməti sahəsindədirlər, meyvə ticarətindədirlər. Hətta son vaxtlar Asiya xalqları da Rus dilini bilməklə həmin sahələrdə bizimkilərdən də çox irəliləyə biliblər.
 Rus dilinə qarşı çıxanlara baxıram, bəziləri hətta tanınmış ziyalılardır. Nə yeyirlər bunlar, nə içirlər? Kimə kəf gəlirlər? Axı biz bunların iç üzünü çoxdan görmüşük. Deyəsən qocaldıqca ağılları lap cayır. Vaxtilə xalq şairimiz Bəxtiyar Vahabzadə də deyirdi ki, uşaqlarınızı Rus məktəblərində oxutmayın. Niyə, məllim?! Bəxtiyar Vahabzadənin xalq arasında populist çıxışlarına baxmayaraq öz oğlu rus bölməsində təhsil aldığından heç Azərbaycan dilində bilmirdi də! Bunlar ara-sıra qara camaatın xoşuna gələn gülünc təkliflər verirlər ki, xalqın qarşısında xal qazansınlar. Biz bu oyunları çox görmüşük. Amma yox, alınmır: xalq indi ayılıb, öz gəlirini-çıxarını gözəl bilir. Belə “vəkil”lərin “dəyərli nəsihət”lərinə də ehtiyacı yoxdur.
 Rus dilinə qarşı kampaniya qaldıranların öz gizli məqsədləri vardır. Onların Rus dilli məktəbləri bağlamaqda məqsədi xalqı dil bilməməzliyinə salmaq, respublika daxilindəki kalon rejimində ac və susuz saxlamaq, nicat yolu kimi Rusiyaya getməyin qarşısını almaqdır. NATO agentləri Rus dilinin ləğvini buna görə istəyirlər.
 Bu gün nə qədər çətin olsa da, xalqımız dolanışıq yeri kimi Rusiyanı görür. Başqa ümid yeri yoxdur. Müstəqil olandan sonra bir tikə çörəyə möhtac edilmiş zavallı xalq məhz Rusiyanın hesabına güzaranını qura bilib. Bu yolu da bağlayıb respublikada quldarlıq, feodalizm sistemi yaratmaq istəyirlər. Axı ac, pulsuz, bisavad kütləni istismar etmək asandır.
 Rədd olsun istismar! Yaşasın Rusiya! Xalqımızın yeganə xilas yolu Rusiya ilə birləşməkdən keçir!

Комментариев нет:

Отправить комментарий